AzerMDS Meetings

POL Seminar Problemorientertes Lernen

World AIDS Awareness Day Flashmob

POL Seminar Problemorientertes Lernen

“Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir təşkil olunmuşdur.

 

   23 noyabr 2017-ci il tarixdə Xətai rayon 95 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xətai rayon Gənclər və İdman İdarəsi və 95 № li tam orta məktəbin  təşkilatçılığı ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi tərəfindən gerçəkləşən “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində təlim təşkil olunmuşdur. 


   Tədbirdə Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədr müavini Aqil Abbasov,Xətai Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev, Xətai Rayon Polis İdarəsinin polis mayoru Şükür Muradov, yeniyetmə və gənclər iştirak etmişlər.

   Tədbiri Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədr müavini Aqil Abbasov giriş nitqi ilə açmış, insanların, xüsusilə gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyindən danışmışdır. A.Abbasov vurğulamışdır ki, narkomaniya bəlası insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında pozucu və dağıdıcı faktor rolunda çıxış edir.
   Xətai Rayon Polis İdarəsinin polis mayoru Şükür Muradov narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışmış, bu sahədə koordinasiyalı işin vacibliyini qeyd etmiş və ictimaiyyətin həssaslıq göstərməsinin əhəmiyyətindən bəhs etmişdir.

   Sonra təlim mövzuya uyğun təqdimat çıxışı ilə davam etdirilmişdir. Diskussiya formasında keçirilən təlim tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.