“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi- AzerMDS Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə “Diplomdan sonrakı tibb təhsilində təcrübə mübadiləsi” layihəsi çərçivəsində növbəti seminarını həyata keçirmişdir.

Heydelberq Univeristetinin Mannheim Cərrahiyyə mərkəzinin cərrahı Dr.med. Yaqublu cərrahi rezidentlər üçün Almaniyada elmi və kliniki mübadilə imkanları barədə məlumat vermək və cərrahi rezidentlerlə fikir mübadiləsi aparmaq üçün rezidentlərlə görüşdə iştirak etmişdir.

Görüş zamanı Dr.med. Yaqublu Alman Akademik Mübadilə Xidməti (DAAD)-nin inkişaf etməkdə olan ölkələrə bilik və vərdişlərin nəqli sahəsində yeni proqramları barədə məlumat vermişdir. Proqram çərçivəsində azərbaycanlı cərrahi rezidentlər üçün 2020-ci ildən başlayaraq
• Bir aylıq kliniki mübadilə
• 1-3 aylıq elmi mübadilə
• İldə bir dəfə tanınmış alman cərrahları tərəfindən təlim seminar həyata keçirilməsi mümkündür.

Tədbirdə rezidentlərlə yanaşı, Azərbaycan Tibb Universitetinin tələbələri və gənc həkimlər də iştirak etmişdir.