Azərbaycan Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) XII qrant müsabiqəsi çərçivəsində qalib olan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi “Diplomdan sonrakı təhsildə təcrübə mübadiləsi” adlı layihənin icrasını həyata keçirmişdir. Layihə Azərbaycan Tibb Universiteti ilə yaxın əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.

Görüşdə iştirak üçün “DRK Kliniken Berlin” Klinikasının Damar Cərrahlığı Klinikasının Direktoru Dr.med. Gunay Kalender, “Frankfurt Höchst” Klinikasının Damar Cərrahlğı Bölməsinin rəhbəri Dr.med. Sayed Nasir, Frankfurt Höchst” Klinikasının Ümümi və Döş Qəfəsi Cərrahlığı bölməsinin cərrahı Dr.med. Yagublu, Vugar dəvət olunmuşdur.

Seminar zamanı Azərbaycan Tibb Universitetində təhsil alan rezidentlərə və tələbələrə alman cərrahi rezidenturasının quruluşu, həcmi və üstünlükləri haqqında məlumatlandırmaqdırmaq onlara yaxşı mütəxəsis olma yolunda öz “yol xəritə” lərinin müəyyən etmələrində dəstək olmaq və alman diplomdan sonrakı təhsil sistemi ilə davamlı əməkdaşlıq yollarının müzakirəsi həyata keçirilmişdir.