İctimai Sağlamlıq üzrə Daimi Komitə
noph.azermds@gmail.com
İctimai Sağlamlıq üzrə Daimi Komitə (SCOPH), tibb tələbələrinin ictimai sağlamlıq problemlərini həll etmək üçün bir araya gəldiyi qlobal bir platformadır. 1952-ci ildə IFMSA-nın təşəbbüsü ilə yaradılan komitə, tibb tələbələrinin sağlamlıq problemlərinin həllində və siyasət formalaşdırılmasında aktiv rol oynamasına imkan yaradırdı. O dövrdə komitənin adı Tələbə Sağlamlığı üzrə Daimi Komitə (SCOSH) idi. Zamanla komitənin fəaliyyəti genişlənmiş və 1963-cü ildə adı Sağlamlıq üzrə Daimi Komitə (SCOH) olaraq dəyişdirilmişdir. 1983-cü ildən etibarən isə İctimai Sağlamlıq üzrə Daimi Komitə (SCOPH) adını almışdır.
Haqqında
SCOPH, tibb tələbələrinin ictimai sağlamlıq sahəsindəki bilik və bacarıqlarını artırmasına kömək edən bir komitədir. Bizim məqsədimiz insanları maarifləndirmək, xəstəliklərin qarşısını almaq üçün tədbirlər görmək və cəmiyyətin sağlamlıq mövzularında daha fəal iştirak etməsinə şərait yaratmaqdır. Komitə həm yerli, həm də qlobal sağlamlıq problemlərinə diqqət yetirir və tibb tələbələrinin bu məsələlərdə aktiv iştirak etməsinə imkan yaradır. Biz sağlamlığın təşviqi və ictimai sağlamlıq problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirir, tibb tələbələrinə ictimai sağlamlıq, sağlamlıq siyasəti, profilaktika və maarifləndirmə sahələrini öyrənmək, əməkdaşlıq etmək və qlobal sağlamlıq problemlərini həll etmək üçün geniş imkanlar təqdim edirik.
Məqsədlərimiz
-
SCOPH-un əsas məqsədi ictimai sağlamlıq problemlərinə diqqət çəkmək, sağlam həyat tərzini təbliğ etmək və tibb tələbələrinin bu sahədə aktiv iştirakını təmin etməkdir. Komitə, ictimai sağlamlıq sahəsində bilik və bacarıqların artırılması, səhiyyə sisteminin təkmilləşdirilməsi və cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəldilməsi üçün fəaliyyət göstərir.
Layihələrimiz
-
1. 7 Days 7 Ways
-
2. Pulse of the Climate
-
3. 4 Fevral – Ümumdünya Xərçəng Günü
-
4. Antimicrobial Resistance (AMR)
-
5. Climate War
Tədbirlərimiz
-
1. Ətraf Mühit və Sağlamlıq
-
2 Sağlam Həyat Tərzi və Qeyri-Yoluxucu Xəstəliklər
-
3. Yoluxucu Xəstəliklər
-
4. Mental Sağlamlıq
-
5. Sağlamlıq Sistemləri