office.azermds@gmail.com

İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə

scorp

norp.azermds@gmail.com

1983-cü ildə məqsədi köçkün əhalinin üzləşdiyi problemlərə diqqət çəkmək və yardım kampaniyalarında iştirak etmək olan Qaçqınlar üzrə Daimi Komitə yaradıldı. Komitə üzvləri tezliklə başa düşdülər ki, bu tədbirlər yalnız müvəqqəti yardım xarakteri daşıyır; dayanıqlı həll üçün problemin kökündə duran məsələlər, yəni zorakılıq, münaqişələr və insan hüquqlarının pozuntuları aradan qaldırılmalıdır. 1995-ci ildə komitə adını Qaçqınlar və Sülh üzrə Daimi Komitə olaraq dəyişdirdi və nəhayət 2005-ci ildə bu gün tanıdığımız SCORP — İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə (Standing Committe on Human Rights&Peace) adını aldı.

Haqqında

1983-cü ildə məqsədi köçkün əhalinin üzləşdiyi problemlərə diqqət çəkmək və yardım kampaniyalarında iştirak etmək olan Qaçqınlar üzrə Daimi Komitə yaradıldı. Komitə üzvləri tezliklə başa düşdülər ki, bu tədbirlər yalnız müvəqqəti yardım xarakteri daşıyır; dayanıqlı həll üçün problemin kökündə duran məsələlər, yəni zorakılıq, münaqişələr və insan hüquqlarının pozuntuları aradan qaldırılmalıdır. 1995-ci ildə komitə adını Qaçqınlar və Sülh üzrə Daimi Komitə olaraq dəyişdirdi və nəhayət 2005-ci ildə bu gün tanıdığımız SCORP — İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə (Standing Committe on Human Rights&Peace) adını aldı. Missiyası: SCORP-un missiyası tibbi tələbələrini insan hüquqları və sülh mövzularını fəal şəkildə təşviq edib qorumağa həvəsləndirmək,maarifləndirmə, təlim və praktiki dəstək vasitəsilə ədalətli və sülh dolu dünyanın yaradılmasına töhfə verəcək layihələr həyata keçirmələrini dəstəkləməkdir.

Məqsədlərimiz

  • Məqsəd tibb tələbələrinin insan hüquqları, sülh quruculuğu, humanitar yardım, beynəlxalq humanitar hüquq və insan hüquqlarının pozuntuları üzrə bilik və bacarıqlarını artırmaq və onlara kliniki mühitdə və gündəlik həyatda insan hüquqları və etikaya uyğun davranmaq üçün zəruri bacarıqlar öyrətməkdir. Həmçinin komitənin vizionunu reallaşdırmağa yönəlmiş kampaniyalar, təlimlər və siyasi təşəbbüslərini dəstəkləyərək federasiyalara və üzvlərə insan hüquqları və sülh sahəsində siyasətlərin formalaşmasına və onların milli və beynəlxalq qanun çərçivələrinə daxil edilməsinə töhfə verməkdir.

Layihələrimiz

  • ●SCORP 101

  • ●Transplantologiya təlimi

  • ●İnsan Hüquqları və Sülh üzrə Müsabiqə

  • ●Bioetika təlimi

  • ●Maddə asılılığı (w SCOPH, SCORA)

Tədbirlərimiz

  • ●Sağlamlıq sistemlərində Etika və İnsan Hüquqları

  • ●Cinsiyyətə Əsaslanan Şiddət

  • ●Təcili hallar, Fəlakət riski və Humanitar yardım