HIV/QİÇS  saysız-hesabsız insanların həyatını alan, onların normal yaşayışını mümkünsüz edən qlobal bəladır.  İlk dəfə 30 il əvvəl, 1981-ci ildə aşkarlanan AİDS xəstəliyi bu günə kimi 30 milyon can alıb. Ötən ilin sonuna olan  məlumata görə, hələ 35 milyon insan da bu xəstəliklə yaşayır.

Amma əvvəlki vaxtla müqayisədə indi AİDS xəstəsi olmaq, HİV virusunua yoluxmaq artıq avtomatik ölümk hökmü mənasına gəlmir.

AİDS artıq axırı ölümlə bitən xəstəlik olmaqdan çıxıb, xroniki bir xəstəliyə çevrilib. HİV-ə tutulanların sayı önəmli dərəcədə, son 10 ildə 25 faiz azalıb. Amma buna baxmayaraq Ölkəmizdə HIV/QİÇS -in, Gənclər arasında yayılma riski yüksək hesab edilir. Bunun əsas səbəblərindən biri Gənclər arasında HIV/QİÇS və reproduktiv sağlamlıqla bağlı biliklərin lazımi səviyyədə olmamağıdır. Bu problem təhsildən kənarda qalan yeniyetmə və gənclərimiz arasında daha ciddidir.

QİÇS epidemiyasının başlanğıcından bu günə qədər olan təcrübə göstərir ki, HIV ilə mübarizədə öz üzərinə məsuliyyət götürməyə hazır olan güclü liderlər effektiv nəticələrə nail olmuşlar. QİÇS-lə mübarizə işində liderlik hər hansı bir vəzifəni tutmaqla deyil, müxtəlif (ailə, qrup, icma, ölkə, qlobal) səviyyələrdə iş aparmaq, insanları cəlb etmək,  inandırmaq qabiliyyətləri ilə ölçülür. Təcrübə göstərir ki, QİÇS əleyhinə mübarizəyə ən effektiv töhfə məhz vətəndaş təşəbbüsü ilə layihələr həyata keçirən qruplar və liderlər tərəfindən edilmişdir.

2007ci ildə AzerMDS- “tibb tələbələri və gənc həkimlər birliyi”, 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününün verdiyi imkanlardan istifadə edib gənclərin QİÇS haqqında biliklərinin artırılması ilə yanaşı, onların HIV/QİÇS  əleyhinə təşəbbüskarlığa həvəsləndirmək məqsədi ilə aksiyalarla tələbələr içərisindən universitetlər, icmalar, həmyaşıd qruplar arasında QİÇS  maarifi apara biləcək liderlərin üzə çıxarılmasına çalışmışlar. Bu aksiyalar vasitəsilə bir çox universitetlərdə tədbirlər həyata keçirilmiş və çoxlu sayda gəncləri QİÇS əleyhinə maarif işinə cəlb olunmuşdur. Bu layihələr içərisində reklam rolikinin çəkilişi, televiziya ilə birbaşa translyasiya edilən futbol matçında futbolçuların  QİÇS  əleyhinə şüarla meydana çıxması kimi aksiyalar da daxil idi.

Sadalananlar arasında 2007ci il dekabrda fəvvarələr meydanında reklam çarxının çəkilməsi vardir. Çəkiliş İTV radio və televiziya    verilişləri şirkətinin köməyi ilə həyata keçirilirmiş 30 Noyabrdan etibarən isə reklam çarxı İTV kanalında yayımlanmışdır. Reklam çarxı gəncləri AIDS-lə mübarizəyə qoşulmağa həvəsləndirmək məqsədi daşıyırdı və  təşkilatımız onu internetdə də yerləşdirmişdir. Daha sonra olkəmizin ən nüfuzlu universitetlərində-Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universitetində- “ Özünü QİÇS-dən qoru! Digərlərini xilas et!” şüarı altında . tələbələr üçün tədbirlər həyata keçirilmişdir.

24.11.2007. Futbol matçında QİÇS-ə qarşı bannerin nümayişi olmuşdur. 24.11.2007 tarixdə T.Bəhramov adına respublika stadionunda keçirilən “BAKI” – “ABN BƏRDƏ” oyununda futbolçular meydana təşkilatımızın hazırladığı QİÇS-ə qarşı bannerlə çıxmışdılar.