AzerMDS-in Missiyası

AzerMDS-in vəzifəsi azərbaycanlı həkimlərin və təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır.

AzerMDS-in vəzifələri

  • Azərbaycanın gənc həkimlərinin və təbib tələbələrinin milli və qlobal səviyyədə ictimai sağlamlıq işlərində iştirak etməsini təmin etmək
  • Sağlamlıqla bağlı problemlərdə gənclərin fəallığını artırmaq
  • Sistematik olaraq gəncləri, xüsusilə də regionlardan olan gəncləri müxtəlif layihələr daxilində sağlamlıq haqqında məlumatlandırmaq
  • Xarici ölkələrdə gənc həkimlərin və təbib tələbələrin elmi və professional mübadiləsinə imkan yaratmaq
  • IFMSA daxil olmaqla beynəlxalq tibbi təşkilatlarla əməkdaşlıq etmək
  • Gənc həkimlər və təbib tələbələr üçün səhiyyə sistemində və tibb elmində olan yenilikləri işıqlandırmaq
  • Qərbin tibb təhsili sistemi və tədris planının üstünlükləri ilə Azərbaycanın gənc həkimlərini və təbib tələblərini tanış etmək
  • Gənc həkimlərə və təbib tələbələrə beynəlxalq elmi və professional tibbi təşkilatlar haqqında məlumat almaq və onlarla əməkdaşlıq etməyin yollarını izah etmək
  • Gənc həkimlərə və təbib tələblərə ixtisaslarının düzgün seçilməsində yardım etmək

AzerMDS-in Strukturu

AzerMDS-də iki bölmə fəaliyyət göstərir: həkimlər və tibb tələbələri bölmələri. AzerMDS-in idarə heyəti əsasən tibb tələbələrindən  təşkil olunub. Təşkilatın İdarə heyətinə Sədr, Prezident, Daxili və Xarici əlaqələr üzrə vise-prezident,  kliniki, elmi mübadilə, reproduktiv sağlamlıq, qaçqınlar və sülh və AzerMDS müxtəlif ölkələr üzrə koordinatorları  daxildir. Hal-hazırda AzerMDS-də 6 komitə  fəaliyyət göstərir:

  1. Kliniki Mübadilə  Üzrə Daimi Komitə (SCOPE)
  2. Elmi mübadilə Üzrə Daimi Komitə (SCORE)
  3. Tibb Təhsili Üzrə Daimi Komitə (SCOME)
  4. Reproduktiv Sağlamlıq və QİÇS Üzrə Daimi Komitə (SCORA)
  5. İctimai sağlamlıq Üzrə Daimi Komitə (SCOPH)
  6. Qaçqınlar və Sülh Üzrə Daimi Komitə (SCORP)