SCOPE – Professional mübadilə – xarici bir ölkə xəstəxanasında tibbi təcrübə keçən tibb tələbəsinin mübadiləsidir. SCOPE ilə təcrübə növləri:

1. Pre-klinik təcrübə: tələbənin universitet və ya xəstəxananın preklinik şöbəsində qalaraq işləməsi və ya tədrisini nəzərdə tutur.

  1. Klinik təcrübə: klinika və ya xəstəxananın klinik bölməsində tələbənin olması, yaxud müalicə həkiminin yanında təcrübə alması.

3. Professional Təcrübə tibbin bütün klinik və preklinik sahələrində təklif oluna bilər. Təcrübənin davametmə müddəti 4 həftədir və ingilis dilində aparılır.

Daha ətraflıwww.ifmsa.org internet səhifəsində müvafiq bölmələrində məlumat ala bilərsiniz.

Xərclər:

Mübadilə proqramında iştirak edən tələbələr yol xərcini və mübadilə olunacaq dövlətdən asılı olaraq 350-640 avro arası iştirak haqqı ödəməlidilər.
Müqavilələr birtərəfli (unilateral) və ikitərəfli (bilateral) olaraq bağlanılır. Birtərəfli müqavilə olduqda həmin məbləğ tələbənin mübadilə proqramına getdiyi ölkədə ödəniləcəkdir. Mübadiə ikitərəfli olduqda isə iştirak haqqı avtomatik olaraq AzerMDS’in büdcəsinə köçürüləcəkdir (artıq tələbə gedəcəyi ölkədə heç nə ödəmir).
İştirak haqqına nələr daxildir: tələbələrin 28 günlük klinikada təcrübənin və ya elmi işin təşkili, yaşayış yeri (ev, yataqxana) və gündə azı 1 dəfə qidalanma təmin edirlər.
Bəzi hallarda qarşı ölkə könüllü olaraq iştirakçını hava limanında qarşılayır və cib xərci üçün pul vəsaiti ayırır.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən müddəalar iştirakçının getdiyi ölkədə təşkilatçılar tərəfindən təmin olunmalıdır və AzerMDS bunların hansı səviyyədə yerinə yetirilməsinə məsuliyyət daşımır! Lakin, iştirakaçı istənilən mərhələdə hər hansı problem ilə üzləşdiyi zaman mübadilə koordinatorlamız ilə əlaqə saxlaya bilərlər.
Bundan əlavə məbləğin 50 avrosu depozit hesab olunur. Depozit tələbə mübadilədən qayıtdıqdan sonra yazılı hesabat verdikdən və database’də evaluation form’u doldurduqdan sonra geri qaytarılacaqdır. Ödəniləcək tam məbləğ seçilən tələbələr üçün təşkil olunacaq xüsusi məlumatlandırıcı görüş zamanı təqdim edilməlidir. Görüşə gəlməyən və/və ya iştirak haqqı və depoziti ödəməyən iştirakçılar avtomatik olaraq öz yerlərini itirirlər!
Tələbə mübadilədən imtina etdiyi halda özünü əvəz edən tələbə tapmasa, ödədiyi tam məbləğ geri qaytarılmır! Qeyd etmək lazimdır ki, əvəzedici bu tələbə AzerMDS tərəfindən təsdiqlənməlidir!
AzerMDS mübadilə proqramında yer qazananların yalnız ölkə seçiminə təminat verir!!! İştirakçının arzu etdiyi şəhər, xəstəxana və şöbə ya da elmi layihəyə seçilib seçilməməsi həmin ölkənin təşkilatçıları tərəfindən boş yerlərə uyğun olaraq dəqiqləşdiriləcəkdir. İştirakçının istəmədiyi şəhər, xəstəxana və şöbə ya da elmi proyektə seçilmədiyi təqdirdə AzerMDS buna məsuliyyət daşımır və iştirakçı mübadilədən imtina edəcəksə məbləğ geri qaytarılmır!
Qeyd: Gedəcəyi ölkənin tələb etdiyi sənədlərin hazırlanması, eləcədə vizanın alınması ilə məşqul olmaq tamamilə iştirakçının öz öhdəliyindədir, lakin mübadilə koordinatorlarımız bu barədə sizə kömək edəcəkdir.Tələbənin AzerMDS qanunlarına zidd olaraq praktikadan kənar qeyri-qanuni işlərlə  məşğul olmasına və ya təcrübədən yayınmasına təşkilat cavabdehlik daşımır! Seçilən hər bir tələbə ifmsa.org səhifəsində exchange conditions bölməsində gedəcəyi ölkənin mübadilə şərtlərini diqqətlə oxumalıdır.
Aşağıdakı müddəalar nəzərə alınmalıdır: 
• Mübadilə Proqramının təşkil olunmasına yalnız yay aylarında təminat veririk. Bəzi ölkələr ilə bağladığımız mübadilə müqavilələrində hər hansı xüsusi müddət qeyd edilir və mübadilə yalnız həmin vaxtlarda mümkündür. Tələbələrin universitetdə yay tətili olan aylardan başqa aylarda mübadiləyə qetmək istəyirsə (və gedəcəyi ölkə tələbəmizi həmin ayda qəbul etməyə razılığını bildirərsə) tələbənin universitetdən icazə almağı tamamilə öz öhdəsindədir.
• Yerlərimiz məhdud sayda olduğuna görə sizinlə birlikdə 2ci bir nəfər üçün mübadilə proqramına, eləcə də sizi müşayiət edən bir şəxsin sizinlə birlikdə səyahətinə təminat vermirik. Ola bilər ki, mübadilə üçün seçiləcəyiniz lokal komitə, şəhər, ölkədə yeganə azərbaycanlı tələbə olacaqsınız. Əgər bununla razılaşmırsınısza xahiş edirik müsabiqədə iştirakdan imtina edəsiniz. Unutmayın ki, getdiyiniz istənilən ölkədə sizinlə birlikdə başqa tibb tələbələri olacaq və siz tək olmayacaqsınız!
Mübadilədən imtina etdiyiniz halda sizdən alınan bütöv məbləğ geri qaytarılmayacaq!
• Tələbələrin seçildikləri, yaxud seçmək istədikləri ölkənin mübadilə koordinatları ilə, eləcə də IFMSA rəhbərliyi ilə əlaqə saxlaması qəti qadağandir! Siz problem və suallarınızla bağlı bizim mübadilə koordinatorlarımıza müraciət edə bilərsiniz. Seçildikdən sonra sizə gedəcəyiniz ölkədən yenə tibb tələbəsi olan köməkçi şəxs – contact person veriləcək ki, siz həmin ölkə və mübadilə proqramı ilə bağlı sizi maraqlandıran bütün suallarınızı ona ünvanlaya və onunla istədiyiniz kimi əlaqə saxlaya bilərsiniz.
• Bütün seçim mərhələrindən uğurla keçib mübadilə proqramina seçilən iştirakçılarla e-mail ilə əlaqə saxlanacaq. Tələbə iştirakını təsdiq etdikdən sonra sənədlərin yığılmasına və IFMSA internet səhifəsində qeydiyyat prosedurlarına başlanacaq.
QEYD: Əgər bu  il müsabiqədə iştirak etmək imkanınız yoxdursa, növbəti illər üçün bu və ya digər ölkədə təcrübə keçmək arzunuzu təşkilatımıza gələn ilin iyun ayina gədər yaza bilərsiniz. Bu halda AzerMDS IFMSA-nın növbəti Baş Assambleyasında sizin arzu etdiyiniz ölkədə təcrübə imkanını təşkil etməyə çalışacaq.