SCORE – elmi mübadilə proqramları, tələbələrə yaşadıqları ölkədən xaricdə olan elmi
layihələrdə iştirak etmək imkanı yaradır. IFMSA Elmi Mübadilə layihələri tibb
tələbələri üçün uyğunlaşdırılmış layihədir. Adətən bu layihələr bir qrup elmi işçilər
tərəfindən aparılan daha böyük elmi layihələrin bir hissəsidir. Mübadilədə iştirak edən
tələbələr layihələrdə elmi rəhbərlərin birbaşa nəzarəti və rəhbərliyi altında işləyir.
Tələbələr elmi axtarışların prinsipləri, ədəbiyyat axtarışı, informasiya
yığılması, laborator işlər, statistik və etik aspektlər kimi məsələlərdə elmi rəhbər
tərəfindən istiqamətləndirilir. Elmi layihənin 3 formada olur:

1) Basic Science- bu tip layihələr adətən laborator layihələrdir və eksperimental
modeller üzərində aparılır. Elmi axtarışların nəticələri tibbə tətbiq oluna bilər.
2) Clinical Project with Lab Work – bu tip layihələr xəstələr üzərində müşahidə və
laboratoriyada uyğun təcrübələrin qoyulması ilə aparılır. (Məsələn, insanlar üzərində
müşahidə etdiyiniz xəstəliyin laboratoriyada eksperimental olaraq yaradılması);
3) Clinical Project without Lab Work – bu tip layihələrdə elmi axtarışlar klinikada
aparılır.

Xərclər və mübadilə proqramlarının detalları barədə məlumatı SCOPE – mübadilə proqramları yazısında tapa bilərsiniz.