Müasir tibb tәhsilinin uzun müddәtli vә daim yenilәşәn olduğunu nәzәrә alaraq ona qoyulan tәlәblәr tәhsil müddәtini, klinik ve preklinik fәnnlәrin tәdrisini maksimal effektiv etmәkden ibarәtdir vә son 50 il әrzindә bir sira Avropa dövlәtlәri tibb tәhsillәrini inkişaf etdirmәk üçün reformlar tәtbiq etmәklә tәdris proqramlarını debatlar, tibbi sәhnәlәşdirilmiş oyunlar, elektron proqramlar, problem әsasında tәşkil olunmuş tәdris metodları, vәrdişlәr laboratoriyası ilә zәnginlәşdirmişlәr. İnnovativ tәdris metodları tәhsildә olan bir sıra baryerlәri aradan qaldırmaq qabiliyyәtinә malikdir. Belә ki, aparılan tәdqiqatlar yeni metodların tәtbiqi ilә keçen tәdris proqramlarının daha effektiv olduğunu göstәrir. Lakin innovativ metodların tәtbiqi ilә zәngin tәhsil proqramlarının tәtbiqini daha da effektiv etmәk vә tәlәbәlәrin Avropa mәkanında hәrәkililiyini tәmin etmәk üçün WFME, AMEE, IFMSA ve EMSA kimi beynәlxalq tәşkilatlar tәrәfindәn tibb tәhsili sisteminin Bolonya Prosesinә qoşulması dәstәklәnir.

Hesab olunur ki, tibb tәhsilindә vahid sistemin tәtbiqi ilә әlaqәdar  aparılacaq reformlar tibb tәhsilindә qlobal inkişafa sәbәb olacaq. Bolonya prosesinin әsas mәqsәdi tәlәbәlәrin Avropa ali tәhsil ocaqları arasında hәrәkiliyini tәmin etmәk üçün vahid standartların tәtbiqi vә gәlәcәkdә bir-birinә yaxın ola bilәcәk tәhsil sistemlәrinin formalaşdırılmasıdır. Yuxarıda adı çәkilәn beynәlxalq strukturlar Avropa dövlәtlәrini vahid tibb tәhsili sisteminin yaradılmasında qәrarlı olmağa tәlәsdirir.

AzerMDS tibb təhsilində istifadə edilən fərqli tədris üsullarının qeyri formal formatda tətbiqinə çalışır və “Tibb Təhsilində Yeniliklər” adlı bülletenlər hazırlamışdır.

Problem Nümunəsində Öyrənmə

PNÖ ilk dəfə Almaniyanın Heidelberg Universitetnin tibb tələbəsi Könül Paşayevanın  təşəbbüsü ilə həyata keçirmişdir. Onlarla əməkdaşlıq yaradan AzerMDS  klinikanın təcrübəsindən istifadə edərək bu layihəni Azərbaycanda 2011-ci ilin noyabr ayından etibarən tətbiq etməyə başladı. İlk PNÖ seminarları alman dilində keçirilirdi. Layihə əsasında sonrakı üç il ərzində 5  PNÖ seminarları həyata keçirilmiş və qaliblər Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Almaniyada 1 aylıq klinik təcrübə keçmək imkanı  qazanmışlar. Tələbələrdə PNÖ seminarlarına olan marağı nəzərə alaraq sonrakı illərdə Azərbaycan dilində təşkil edilməyə başladı.

PNÖ seminarları tibb tələbələri və gənc həkimlərimizə onların maraq çərçivəsində olan tibbi mövzulara həsr olunur və müasir öyrənmə üsullarına əsasən təşkil edilir.