- SRT
- İyun 26, 2025
Sub Regional Treyninq (Sub Regional Training- SRT) IFMSA tərəfindən dəstəklənən, uzaq bir bölgədən və ya bəzən daha da uzaqdan olan üzvlərin və motivasiyalı tələbələrin təlimlərdə, seminarlarda və kiçik işçi qruplarında görüşə və iştirak edə biləcəyi beynəlxalq bir toplantıdır. SRT-lər və digər IFMSA Fəaliyyətləri Milli Üzvi Təşkilat (NMO- National Member Organization) daxilində Təşkilat Komitəsi tərəfindən təşkil olunur ki, onların vəzifəsi bütün üzvlərə yemək və qalmağa yer ilə təmin etmək, təlimləri, Kiçik İşçi Qrupları (SWG- Small Working Groups) və seminarları nizamlamaq və sosial proqramı təşkil etməkdir. Proqramın əsas məqsədi bölgədə IFMSA-nın işini yaxşılaşdırmaqdır. (AzerMDS Avropa Bölgəsində təmsil olunur.) SRT-lər və digər fəaliyyətlər IFMSA Baş Assambleyasında və ya Regional İclasda iştirak etmək imkanı olmayan üzvləri təmin etmək üçün yaradılmışdır (məsələn, məhdud nümayəndə heyəti yerləri, maliyyələşdirmə və ya orada təklif olunan bacarıqların artırılması imkanlarına qoşulmaq üçün məzuniyyətdə olmaq). Eyni zamanda, bölgənin müəyyən bir hissəsində eyni çətinliklərlə qarşılaşa biləcək ölkələrin birlikdə işləmələrini təmin edirlər. İndiyə qədər təşkil edilmiş, lakin bunlarla məhdudlaşmayan bir neçə SRT nümunəsi var: • Beynəlxalq Həmyaşıd Təhsili Təlimləri (International Peer Education Trainings -IPET / Advanced IPET) • Yeni Təlimçilərin Təlimi, Köhnə Təlimçilərin Təlimi, Təcrübəli Təlimçilərin Təlimi (TNT-Training New Trainers / TOT- Training Old Trainers / TET- Training Experienced Trainers) • Yeni İnsan Hüquqları Təlimçilərinin Təlimi (Training Experienced Trainers -TNHRT) • Tibbi Təhsili Təlimçiləri Təlimi (Training Medical Education Trainers -TMET) • Cinsi Təhsil üzrə Şimali / Cənubi Avropa Əməkdaşlıq (NECSE- Northern European Cooperation for Sex Education / SECSE- Southern European Cooperation for Sex Education) • Qlobal Sağlamlıq və / və ya İctimai Sağlamlığı Təhsili • Və daha çoxu!