office.azermds@gmail.com

Həmyaşıd Təhsili

blog-image
  • Peer Education
  • June 26, 2025
6

Həmyaşıd təhsili bacarıqların artırılması səylərinin əsaslarından biri hesab olunur və bu səbəbdən tibb tələbələrinin həmyaşıdlarına öyrədərək öz biliklərini möhkəmləndirmələrini təmin etmək üçün proqramlar və imkanlar yaradılıb. Təlim bölməsinə inteqrasiya olunmuş mövzuların əksəriyyəti tibb məktəblərində müzakirə olunmur və / və ya tədris olunmur və buna görə də tibb tələbələrinin istənilən bir səhiyyə işçisinin peşə həyatında tez-tez tələb olunan bacarıq və qabiliyyətlərini daha da inkişaf etdirməsinə imkan verir. Məsələn, IFMSA bacarıqların artırılması proqramının vacib bir hissəsi Yeni Təlimçilərin Təlim seminarlarıdır (TNT- Training New Trainers). Bu üç günlük seminarlarda tibb tələbələri özləri təlimçi olmaq üçün hazırlanırlar. Davamlılığı təmin etmək və təlimçilərin motivasiyalı etmək üçün Köhnə Təlimçilərin Təlim seminarları (TOT- Training Old Trainers) da yaradılıb. Bu yaxınlarda bölgələrin və tibb fakültəsi tələbələrinin ehtiyacları əsasında daha da spesifik bacarıqlara yönəlmiş Təcrübəli Təlimçilər Təlimi (TET- Training of Experienced Trainers) seminarları da yaradılmışdır. Təqdim olunan təlim mövzularından bəzi nümunələr bunlardır: Vəkillik, Ünsiyyət Bacarıqları, Münaqişələrin qarşısının alınması, Müzakirə bacarıqları, Vasitəçilik bacarıqları, Maliyyə İdarəetmə, Fandreyzinq, Təhvil vermə və Davamlılıq, Mədəniyyətlərarası Öyrənmə, Liderlik, Motivasiya Bacarıqları, Müzakirə Bacarıqları, Layihə İdarəetmə, İctimaiyyətlə əlaqələr və Marketinq , Zamanın idarə olunması.

Tags