Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları üzrə Daimi Komitə
Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları üzrə Daimi Komitə(SCORA) ilk dəfə 1992-ci ildə QİÇS və Cinsi Yolla Yoluxan Xstəliklər üzrə Daimi Komitə adı altında qurulmuş,adının son halını isə 2014-cü ildə almışdır. 2020-ci ildə isə Azərbaycanda ilk dfə olaraq komitə aktiv hala gətirilmişdir. Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları üzrə Daimi Komitənin rəsmi rəngi qırmızıdır və komitə üzrə könüllü fəaliyyət göstərən şəxslər SCORAngel adlanır. Komitə olaraq missiyamız könüllülərimizi öz cəmiyyətlərində aid olduqları cəmiyyətin mədəniyyətinə adaptasiya apararaq cinsi və reproduktiv sağlamlıq və hüquqlar barədə təbliğat aparmaqları üçün lazımi vasitələrə təmin etmək, görüşümüz isə hər fərdin cinsi və reproduktiv sağlamlıq və haqlarını bərabər şəkildə,stiqma və ayrıseçkilikdən kənar praktika edəcəyi bir dünya yaratmaqdır.
Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları üzrə Daimi Komitənin fokuslandığı sahələr bunlardır:
Təkmil Cinsi Tərbiyə;
Ana sağlamlığı&Təhlükəsiz abortun təmini;
Gender əsaslı şiddət;
İİV və digər cinsi yolla keçn xəstəliklər;
Cinsəllik və gender müxtəlifliyi.
Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları üzrə Daimi Komitə ilə bağlı IFMSA proqramları bunlardır:
Gender əsaslı şiddət;
İİV və cinsi yolla keçən cinsi xəstəliklə;
Ana sağlamlığı və təhlükəsiz abortun təmini;
Cinsi&Reproktiv sağlamlıq və hüquqların fərqinə varılması.
Mübadilə proqramı
SCORA X-Change 3-4 həftə davam edən unilateral mübadilə proqramıdır. İldə 2 dəfə təşkil edilir. Proqram tibb tələbələrini hədəf alır,cinsəllik, reproduktiv və ana sağlamlığı və hüquqları ilə əlaqəli olan problemləri hədəf alır. Bu mübadilə proqramı qonaq ölkənin SCORA ilə əlaqəli sahələrdə səhiyyə sisteminin gördüyü işlər və cəmiyyətin mövqeyi ilə tanış olmağa imkan verir.