SCORP - İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə
İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə bərabərlik və əmin-amanlığın olduğu dünya üçün mübarizə aparan və həm insanlar, həm də millətlər arasında həmrəyliyə inanan tələbələri birləşdirir. Biz insan hüquqlarının yalnız bütün insanlara aid olduqda mövcud ola biləcəyi üçün bu dünyanı yaratmağa hər kəsin töhfə verməli olduğuna inanırıq.
Tarixi
1983-cü ildə köçkün əhalinin üzləşdiyi problemlərə diqqət ayırmaq və onlara yardımda aktiv iştirak etmək məqsədi ilə Qaçqınlar üzrə Daimi Komitə quruldu. Komitə üzvləri tezliklə bu səylərin sadəcə palliativ olduğunu başa düşdülər. Davamlı həll yolu isə problemlərin- zorakılıq, qarşıdurmalar və insan hüquqlarının pozulmasının kökündən yox edilməsi idi. Buna görə 1995-ci ildə komitə adını dəyişdirərək Qaçqınlar və Sülh üzrə Daimi Komitə adlandırıldı və nəhayət, 2005-ci ildə bugünkü İnsan Hüquqları və Sülh üzrə Daimi Komitəsi oldu.
Görüşümüz
SCORP bütün fərdlərin insan hüquqlarına tam və bərabər şəkildə çata bildiyi, heç kimin geridə qalmadığı, ən çox ehtiyacı olan insanlara öncəlik verildiyi bir dünyaya inanır və bu dünyada tibb tələbələri və səhiyyə işçiləri də daxil olmaqla, bütün cəmiyyət bu həssas qrupları dəstəkləmək üçün birləşmişdir.
Missiyamız
SCORP-un missiyası təbliğat, bacarıqların və məlumatlılığın artırılması ilə, həmçinin tələbələrin daha ədalətli və dinc bir dünyanın qurulmasına töhfə verən fəaliyyət və layihələrini dəstəkləməklə tibb tələbələrini insan hüquqlarını və sülhü qorumağa hazırlamaq və həvəsləndirməkdir.
Məqsədlər:
Tələbələrin insan hüquqları, sülh quruculuğu, humanitar fəaliyyət, beynəlxalq humanitar hüquq və insan hüquqlarının pozulma halları barədə biliklərini artırmaq;
Tibb tələbələrini həm klinik şəraitdə, həm də gündəlik həyatda insan hüquqları və etik davranış qaydalarına uyğun davranmaq üçün alətlər və bacarıqlarla təmin etmək;
Daimi Komitənin məqsədlərini həyata keçirməyi hədəfləyən kampaniyalar, fəaliyyətləri, layihələri dəstəkləmək və yaratmaq;
İnsan hüquqları və sülhlə əlaqəli sahələrdə IFMSA siyasətinin inkişafına kömək etmək;
Üzvlərə milli və beynəlxalq qanun və normativ hüquqi aktlar barədə mövqelərinin həyata keçirilməsini təbliğ etmək imkanı yaratmaq;
İnsan hüquqları və sülhlə əlaqəli hədəflərin həyata keçirilməsində müvafiq tərəfdaşlarla əməkdaşlıq etməkdir.
Əsas anlayışlar
İnsan hüquqları: İnsan hüquqları haqqında xüsusiləşdirmədən danışıldıqda ilk növbədə,
1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə istinad edilir, lakin bəzən digər beynəlxalq saziş və müqavilələrdən də bəhs oluna bilər.
Sülh: SCORP sülhü həm qarşıdurmanın olmaması (mənfi sülh), həm də bərabərlik və harmoniyanın mövcudluğu (müsbət sülh) kimi başa düşür.
Əsas mövzular
İnsan hüquqları bir çox mövzuları əhatə edir. SCORP üzvləri dünya miqyasında müxtəlif sahələrdə fəaliyyət göstərirlər, lakin biz burada yalnız bir neçəsinin adını çəkirik:
-
Qaçqınlar: Adımızın dəyişdirilməsinə baxmayaraq qaçqınlara və digər köçkünlərə dəstək işləri SCORP üçün prioritet olaraq qalır. 2019-cü il statistikasına əsasən dünyada 79.5 milyon məcburi köçkün var və onların çətinlikləri son 30 ildə o qədər də azalmayıb.
-
İnsan hüquqları və etika: Bütün fəaliyyətlərimiz insan hüquqları üzərində qurulur, lakin biz onları həm tibb təhsilinə və peşəmizə daxil etməyə, həm də digər insanlara - uşaqlara, tibb tələbələrinə, cəmiyyətə öyrətməyə çalışırıq.
-
Fəlakətlər: Antropogen və ya təbii olmasından asılı olmayaraq bir fəlakət baş verdikdə zərər görmüş əhali qida, su və sığınacaq kimi təməl insan hüquqlarından məhrum ola bilir. Bu çətinliklər yüngülləşdirilə və bəzi hallarda onların qarşısı alına bilər.
-
Həssas əhali qrupları: Bu qruplara məcburi köçkünlərdən başqa uşaqlar, yaşlı insanlar, zehni və ya fiziki əlilliyi olan insanlar, evsizlər və tez-tez ayrıseçkilik, laqeydlik və ya pis rəftarla qarşılaşan bütün insanlar daxildir və fəaliyyətimizdə onlar da nəzərə alınır.