Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Nizamnamə

“Həkimlər və Təbib Tələbələr ” İctimai Birliyinin Nizamnaməsi 

Təsisçilər: 

1. Vügar Yaqublu

2. Səbinə Hacıyeva 

I. ÜMUMİ MÜDDƏALAR 

1.1 “Həkimlər və Təbib Tələbələr ” İctimai Birliyi (bundan sonra qısa olaraq AzerMDS) bu  Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə  şəxsin təşəbbüsü ilə yaradılmış həkimlər və təbib tələbələrin qeyri-siyasi, qeyri-dini, gəlir  gətirməyən, könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi  nəzərdə tutmayan ictimai qeyri-hökümət təşkilatıdır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 

1.2 İctimai Birlik fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-Hökümət  Təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu və digər  qanunvericilik aktları, həmçinin AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və bu  Nizamnamə əsasında qurur. 

1.3 İctimai Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs statusu qazanır. İctimai Birliyin müstəqil balans, möhür, ştamp və  digər rekvizitlərə sahib ola bilər, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı aça, bank əməliyyatları apara bilər. 

1.4 İctimai Birlik öz adından əqdlər, müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak  hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər. 

1.5 İctimai Birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak İctimai  Birliyin mülkiyyətidir. İctimai Birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş  məqsədlər üçün istifadə edir. 

1.6 İctimai Birliyin iştirakçıları İctimai Birliyin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən  üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar İctimai Birliyin öhdəlikləri üçün məsuliyyət  daşımırlar. 

1.7 Birlik öz fəaliyyətində üzvlərin könüllülüyü, bərabərliyi, müstəqilliyinə hörmət və daxili  işlərinə qarışmamaq, demokratik idarəetmə və qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıq  prinsiplərinə əsaslanır. 

1.8 İctimai Birliyin rəsmi adı: 

Azərbaycan dilində: “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi 

İngilis dilində: Azerbaijan Medical Doctors' and Students' Public Union 

1.9 “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təsisçiləri: 

Azərbaycan Respublikasının vətəndaşları: Vüqar Yaqublu, Səbinə Hacıyeva

1.10 İctimai Birliyin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065

II. İCTİMAİ BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

2.1. Birliyin məqsədi: Azərbaycanda təhsil alan təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək, beynəlxalq səviyyəli həkimlər və klinikalarla əməkdaşlığın təmin olunmasıdır. Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil,  din, mədəniyyət, ekoloji maarifləndirmə, sahibkarlıq, idman, mənəviyyat, könüllülük işinin  inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması,  insanların azadlığı və fərdi inkişafının təmin olunması, milli-mənəvi dəyərlərə əsaslanan müasir  vətəndaş obrazının yaradılması, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və  iştirakın təmin olunmasıdır. 

2.2. Yuxarıda göstərilən məqsədə çatmaq üçün İctimai Birlik aşağıdakı vəzifələri həyata  keçirir: 

2.2.1 Azərbaycanın təbib tələbələrinin milli və qlobal səviyyədə ictimai sağlamlıq işlərində iştirak etməsini təmin etmək 

2.2.2 Sağlamlıqla bağlı problemlərdə gənclərin fəallığını artırmaq 

2.2.3 Sistematik olaraq gəncləri, xüsusilə də regionlardan olan gəncləri müxtəlif layihələr  daxilində sağlamlıq haqqında məlumatlandırmaq, sağlamlıq maarifini təşkil etmək. Xarici  ölkələrdə təbib tələbələrin elmi və professional mübadiləsinə imkan  yaratmaq 

2.2.4 Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası daxil olmaqla beynəlxalq tibbi təşkilatlarla əməkdaşlıq etmək  

2.2.5 Təbib tələbələr üçün səhiyyə sistemində və tibb elmində olan yenilikləri işıqlandırmaq 

2.2.6 Təbib tələbələrin müasir dünyaya inteqrasiyasını həyata keçirmək istiqamətində fəaliyyət göstərməkdə yardım etmək 

2.2.7 Qərbin tibb təhsili sistemi və tədris planının üstünlükləri ilə Azərbaycanın təbib tələblərini tanış etmək 

2.2.8 Təbib tələbələrə beynəlxalq elmi və professional tibbi təşkilatlar  haqqında məlumat almaq və onlarla əməkdaşlıq etməyin yollarını izah etmək 

2.2.9 Təbib tələblərə ixtisaslarının düzgün seçilməsində yardım etmək 

2.2.10 Təbib Tələbələrin mövcud olan ekoloji problemlərin həllində  səfərbərliyinə təmin etmək 

2.2.11 Təbib Tələblərin asudə vaxtının səmərəli təşkili 

2.2. 12 İnsan resurslarının inkişaf etdirilməsi, Azərbaycanın gələcək Tibbinin inkişafı üçün  güclü insan kapitalının formalaşdırılması istiqamətində fəaliyyət göstərmək;

2.2.13 Xaricdə yaşayan Azərbaycanlı həkimlərlə əməkdaşlıq qurmaq və Azərbaycanın tanıtımı  baxımından fəaliyyət həyata keçirmək; 

2.2.14 Kütləvi İnformasiya Vasitələri, Yerli icra və özünü idarəetmə orqanları, dövlət  strukturları, beynəlxalq təşkilatlar, siyasi partiyalar, Fondlar, Qeyri-Hökümət Təşkilatları, yerli  və xarici Ali və Orta Tibb İxtisasli məktəbləri ilə və qanunvericiklə qadağan edilməyən digər  təşkilatlarla əməkdaşlıq etmək; 

III. FƏALİYYƏT FORMALARI 

3.1. İctimai Birlik qanunla qadağan olunmayan və Nizamnamə məqsədlərinə uyğun gələn bütün  fəaliyyət formalarından istifadə edə bilər. 

3.2. Məqsədlərinə uyğun ədəbiyyatın yazılması, tərcümə edilməsi, nəşri və yayılması ilə məşğul  ola bilər. 

3.3. Öz məqsədlərinə nail olmaq və davamlılığını təmin etmək üçün “QHT-lər (İctimai birliklər  və Fondlar) haqqında” AR qanununa uyğun olaraq təsərrüfat, sahibkarlıq və xidmət fəaliyyətini həyata keçirə bilər. 

3.4. İctimai Birlik mübadilə, təlim, konfrans, seminar, debat, simpozium, festival, dəyirmi masa,  dil kursları, təcrübə kursları, tanışlıq səfərləri, intellektual oyunlar, idman yarışları, düşərgələr,  yürüşlər, nümayişlər və bu kimi fəaliyyətlər həyata keçirə bilər. 

3.5. İctimai Birlik tədqiqat xarakterli sorğular təşkil edə bilər. 

3.6. İctimai Birlik Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli  Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa  maddi yardım göstərə bilməz. 

3.7. İctimai Birlik Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada qanunvericiliyin təkmilləşdirilməsi haqqında təklifləri ilə çıxış edə bilər. 

IV. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, 

ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

4.1. İctimai Birliyin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər Birliyin iştirakçıları ola bilər. 

Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna  olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. 

Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə  müəyyən edilir. 

İctimai Birliyin yetkinlik yaşına çatmayan üzvləri Azərbaycan Respublikasının mülki  qanunvericiliyinə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

4.2. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli  özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. 

4.3. İctimai birliyə üzvlərin qəbulu idarə heyəti tərəfindən həyata keçirilir və üzv olmaq istəyən  şəxs idarə heyətinə elektron ərizə formasını doldurmaqla qəbul edilir. Ərizə idarə heyəti üzvləri müsbət münasibət bildirdikdə ərizəçi birliyin üzvlüyünə qəbul edilir. 

4.4. Birliyə üzvlük fərdi və kollektiv qaydada ola bilər.  

4.5. Birliyin üzvləri bərabər hüquqa malikdirlər. Birliyin üzvləri üçün fərqli hüquqlar müəyyən olunması yol verilməzdir. 

4.6. Birliyin üzvü digər ictimai birliklərə də üzv ola bilər. 

4.7. Birliyin üzvlərinin hüquqları: 

4.7.1 Nizamnaməyə müvafiq olaraq ictimai birliyin idarə olunmasında iştirak etmək;

4.7.2 İctimai Birliyin idarə orqanlarına seçmək və seçilmək; 

4.7.3 İctimai Birliyin fəaliyyəti haqqında məlumat almaq və təkliflər vermək;

4.7.4 Birliyin həyata keçirdiyi tədbirlərdə iştirak etmək; 

4.7.5 Birliyin hər hansı orqanının işində məşvərətçi səslə iştirak etmək; 

4.7.6 Birliyin rəhbər orqanlarına nəzarət etmək; 

4.7.7 Birliyin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq; 

4.7.8 Öz hüquq və vəzifələri ilə bağlı hər hansı bir məsələnin müzakirəsində şəxsən iştirak  etmək, etirazını bildirmək, izahat və şikayət vermək; 

4.8. Birliyin üzvü yalnız konfrans, birliyin sədri, məclis və idarə heyəti səlahiyyət verdikdə  birliyi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. 

4.9 Birliyin üzvlərinin vəzifələri: 

4.9.1 İctimai Birliyin təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək; 

4.9.2 Rəhbər orqanların qəbul etdiyi qərarları yerinə yetirmək; 

4.9.3 Nizamnamənin tələblərinə əməl etmək; 

4.1014. Birlikdə üzvlüyə aşağıdakı hallarda xitam verilir: 

4.10.1 Birlik ləğv edildikdə; 

4.10.2 Öz ərizəsi əsasında; 

4.10.3 Nizamnamə tələblərini pozduqda; 

4.10.4 Birliyin üzvü adına layiq olmayan hərəkətlərə yol verdikdə; 

4.10.6 Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda;

4.11. Birliyin köməkçiləri: 

4.11.1 Birliyin istifadəsinə əvəzsiz əmlak verən, habelə təşkilati və başqa yardım göstərən,  könüllü iş görən və xidmətlər göstərmək yolu ilə birliyi dəstəkləyən fiziki və hüquqi şəxslər  birliyin köməkçiləri hesab olunur; 

4.11.4 Birliyin köməkçiləri birliyin bütün tədbirlərində iştirak edə, birliyin imkanları və  qanunvericilik çərçivəsində onun müdafiəsindən istifadə edə bilərlər; 

4.11.5 Birliyin köməkçiləri birliyin adına və məqsədlərinə ziyan vuran hərəkətlərə yol  verməməlidirlər; 

4.11.6 Birliyin köməkçiləri istənilən vaxt öz fəaliyyətlərinə xitam verə bilərlər. 

V. BİRLİYİN STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI . 

İctimai Birlik Azərbaycanda bütün tibb tələbələri və gənc həkimlərlə fəaliyyətə açıqdır.  AzerMDS-in üzvləri, əsasən Azərbaycan Tibb Universiteti və üç özəl universitet tələbələrindən təşkil olunmuşdur. AzerMDS-in idarə heyəti müxtəlif sahələrdə layihələr icra etmək üçün Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının prinsiplərinə əsasən daimi komissiyalar yarada və hər il keçirilən toplantıda bu daimi komitələrə rəhbərlər seçə bilər.  

5.1. Birliyin rəhbər orqanları aşağıdakılardır: 

5.1.1 İdarə Heyətinin Sədri 

5.1.2 Baş Katib

5.1.3 Xarici əlaqələr üzrə Vitse-prezident 

5.1.4 Daxili əlaqələr üzrə Vitse-prezident 

5.1.5 Maliyyə İşləri üzrə Vitse-prezident

5.1.6 Üzvlərlə İş üzrə Vitse-prezident

5.1.7 İctimaiyyətlə Əlaqələr üzrə Vitse-prezident

5.1.8 Bacarıqların Artırılması üzrə Vitse-prezident

5.1.9 Layihələr üzrə Vitse-prezident

5.1.10  Tibb Təhsili üzrə Daimi Komitə Rəhbəri

5.1.11  Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar üzrə (İİV və QİÇS də daxil olmaqla) Daimi Komitə Rəhbəri 

5.1.12  Elmi Mübadilə üzrə Daimi Komitə Rəhbəri

5.1.13  Peşəkar Mübadilə üzrə Daimi Komitə Rəhbəri (Gedən Tələbələr)

5.1.14 Peşəkar Mübadilə üzrə Daimi Komitə Rəhbəri (Gələn Tələbələr)

5.1.15  İctimai Sağlamlıq üzrə Daimi Komitə Rəhbəri

5.1.16  İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə Rəhbəri 

VI. BİRLİYİN ƏMLAKI FƏALİYYƏTİ 

6.1. Birlik Azərbaycanın Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının Nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində  və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.