İMKANLAR
AzerMDS 2007-ci ildən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) tam hüquqlu üzvüdür. Bu bizə IFMSA-in Baş Assambleyalarında, Avropa Regional Görüşlərində, Subregional Treyninqlərdə və bir sıra digər tədbirlərdə iştirak haqqı verir. Bundan əlavə üzvlərimiz IFMSA-in təqdim etdiyi digər imkanlardan da yararlanaraq ÜST görüşlərində, Dünya Sağlamlıq Assambleyasında, AMEE tələbə işçi qrupunda, kamplarda, yay məktəblərində, komitə həftələrində, beynəlxalq və yerli təcrübə proqramlarında və digər tibbi tədbirlərdə iştirak edə bilərlər. Qeyd etmək istərdik ki, belə görüşlərə müraciətlər qeydə alınarkən təşkilatımızın fəaliyyətinə dəstək olan, layihələrin təşkilində və həyata keçirilməsində yaxından iştirak edən aktiv üzvlərə üstünlük veriləcəkdir.