Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

HKD-3

📢 Dəyərli SCOME həvəskarları, böyük maraqla qarşılanan "Həkim kimi Düşün" layihəmizin növbəti tədbiri ilə qarşınızdayıq. 😍 
Bu dəfə tədbirimiz fiziki şəkildə təşkil olunacaq və aktiv iştirakçılar canlı şəkildə simulyant pasiyentlə ünsiyyətdə olub diaqnostik tapşırıqları icra etmək şansı qazanacaqlar. Passiv izləmək istəyənlər üçün isə tədbirimiz zoom platformasında paralel şəkildə yayımlanacaq. Artıq bildiyiniz kimi layihədə siz həkim rolunda çıxış edib simulyant pasiyentə diaqnoz qoya bilərsiniz.

✨ Ötən tədbirlərimiz LOR və reanimatologiya ixtisasları üzrə olmuşdu. Bu dəfə isə daxili xəstəlikləri əhatə edən situasiya məsələləri sizlərə təqdim olunacaq. Formata hazırlaşa bilmək üçün sizinlə vəsaitlər paylaşılıb.

◼️ Qeydiyyatdan keçərkən aktiv iştirakçı rolunu, yaxud passiv izləyici rolunu seçə  bilərsiniz. Aktiv iştirak üçün yerlər məhduddur, buna görə də daha öncə qeydiyyatdan keçənlər iştirak şansı əldə edəcəklər.

👤 Həkim qonağımız daxili xəstəliklər üzrə mütəxəssis Zakir Quliyevdir.
Doktorumuz biz tələbələri müşayiət edəcək və təqdim olunan hər bir situasiya məsələsindən sonra öz rəylərini bildirəcək.

⚜️ Qeyd: İştirak edə bilmədiyiniz təqdirdə 24 saat öncədən bizi xəbərdar etməyiniz xahiş olunur.

📍 Yer: Bakı Sağlamlıq Mərkəzi

💻 Platforma: Zoom

🗓️ Tarix: 29 iyul | 13:00

🌐 Tədbirin dili: azərbaycanca

Qeydiyyatdan keçməyə tələsin🐼🐼

🔔 Qeydiyyat linki:
https://forms.gle/sz46AjMzDxY2B9E59