13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

IFMSA

IFMSA Nədir?

1948-ci ildə İkinci Dünya müharibəsindən sonra İngiltərədə Beynəlxalq Tələbə Birliyi (International Union of Students - IUS) tərəfindən Tələbələrin Beynəlxalq Klinik Konfransı (Student International Clinical Conference- SICC) təşkil edildi. IUS-un Hollandiyalı tibb tələbələri növbəti konfransı təşkil etməyə söz versələr də, bu baş tutmadı. Səbəbi siyasi münaqişələr üzündən qərb tələbələrinin IUS-dan uzaqlaşması idi və növbəti il bu tədbir təşkil edilmədi. Buna baxmayaraq, tibb tələbələrinin qeyri-siyasi beynəlxalq federasiyasının yaradılması ideyası doğuldu.
 

1950-ci ilin dekabrında Parisdə tibb tələbələrinin beynəlxalq federasiyasının yaradılmasının mümkünlüyü müzakirə edildi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə yardımı göstərməyə söz verdi. 26-28 May 1951-ci ildə Kopenhagendə 8 ölkənin (İsveç, Danimarka, Norveç, Finlandiya, Almaniya, İspaniya, İngiltərə və İtaliya) nümayəndələri tərəfindən Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyası (International Federation of Medical Students’ Associations, IFMSA) yaradıldı. 



IFMSA-nın əsas məqsədi kimi professional sahədə tibb tələbələrinin əməkdaşlığının dəstəklənməsi və həvəsləndirilməsi müəyyən edildi. Təşkilat ildən-ilə böyüdü və təkmilləşdi. Bu gün IFMSA-da 130 ölkədən 140 milli üzv təşkilat var.



 


IFMSA-in Məqsəd və Vəzifələr


Bütün dünyada tibb tələbələrinin sağlamlıq, təhsil ve tibb mövzularında müzakirə apara bilməsi üçün platforma rolu oynamaq və müzakirələrdən istifadə edərək müxtəlif işlər görmək;
✓ Tibb tələbələrinə humanistliyi və tibbi etik qaydaları təbliğ etmək;
✓ Tibb tələbələri və beynəlxalq taşkilatlar arasında əlaqə yaratmaq və cəmiyyətin xeyrinə onların əməkdaşlığını təmin etmək;
✓ Bütün dünyada cəmiyyətə və tibb tələbələrinə xidmət etmək;
✓ Tələbələrə öz bilik və bacarıqlarından cəmiyyətin xeyrinə istifadə etmək üçün şərait yaratmaq;
Bütün dünya tibb tələbələrinin fərdi və ümumi sağlamlıq, təhsil və elm mövzusunda müzakirələr apara biləcəyi, bu müzakirələri həyata keçirə biləcəyi görüşlər təşkil etmək;
✓ İxtisas ve elmi mübadilə proqramlarını genişləndirməklə tibb tələbələrinin başqa dövlətlərin mədəniyyəti və sağlamlıq problemlərinə həssaslığını artımaq.


AzerMDS və IFMSA

IFMSA (International Federation of Medical Students' Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri-hökumət və qeyri-siyasi federasiyasıdır. 130 ölkədən 140 milli təşkilat bu federasiyanın tam hüquqlu üzvüdür və dünya üzrə 1.4 milyona yaxın tibb tələbəsi bu federasiyada təmsil olunur. AzerMDS 2005-2006-cı illərdə IFMSA-in namizəd üzvü kimi fəaliyyət göstərmiş və 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvü seçilmişdir. Artıq 10 ildən çoxdur ki, Azərbaycan tibb tələbələri də 1951-ci ildə başlayan beynəlxalq tibb tələbələri hərəkatının bir parçasıdır. Digər imkanlarla yanaşı IFMSA il ərzində minlərlə tibb tələbəsinin elmi və peşəkar mübadiləsini də təşkil edir. AzerMDS-in IFMSA çərçivəsində baş tutan fərqli mübadilə proqramlarında isə 2007- ci ildən bu günə qədər 600-dən çox tibb tələbəsi iştirak etmişdir.


Hal-hazırda AzerMDS-in tərkibində IFMSA daxilində mövcud olan 6 daimi komitə fəaliyyət göstərir:

1. Peşəkar Mübadilə üzrə Daimi Komitə (SCOPE)
2. Elmi Mübadilə üzrə Daimi Komitə (SCORE)
3. Tibb Təhsili üzrə Daimi Komitə (SCOME)
4. Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar Üzrə Daimi Komitə (SCORA)
5. İctimai Sağlamlıq üzrə Daimi Komitə (SCOPH)
6. İnsan Hüquqları və Sülh üzrə Daimi Komitə (SCORP)