13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

Mübadilə Proqramı

“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi 2007-ci ildən bəri aktiv olaraq 2 istiqamətdə mübadilə proqramları həyata keçirir: Elmi və Peşəkar Mübadilə Proqramları. Bu proqramlar üzvü olduğumuz Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının nəzarəti və dəstəyi ilə həyata keçirilir və Dünya Tibb Təhsili Federasiyası (WFME), Dünya Ailə Həkimləri Assosiasiyaları Təşkilatı (WONCA), Avropa Neyroelm Cəmiyyətləri Federasiyası (FENS), Avropa Təcili Tibbi Yardım Elmi Cəmiyyəti (EuSEM), Dünya Anesteziologiya Cəmiyyətləri Federasiyası (WFSA), Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Dünya Psixiatriya Assosiasiyası (WPA) tərəfindən dəstəklənir.

Hər il 15 mindən çox tibb tələbəsi bu proqramlar vasitəsilə dünyanın müxtəlif ölkələrində təcrübə keçir, tibbi və tədqiqat bacarıqlarını inkişaf etdirməklə yanaşı, dünya görüşlərini də artırırlar.

  • Peşəkar Mübadilə Proqramı (SCOPE)- tibb tələbələrinə seçdikləri ölkədə 4 həftə ərzində seçdikləri şöbələrdən birində  tibbi təcrübə keçmək imkanı verir. Təcrübə ölkənin rəsmi dilində və ya ingilis dilində həyata keçirilir və tələbəyə bu müddətdə tyutor ayrılır. Proqram AzerMDS və IFMSA-in Peşəkar Mübadilə üzrə Daimi Komitəsi tərəfindən təşkil olunur. Akademik keyfiyyətin təmin olunması üçün tələbələrdən xüsusi kitabçaları doldurmaqları tələb olunur və sonda onlar sertifikatla təmin olunurlar.
     
  • Tibbi Təcrübə Növləri: 

-Preklinik təcrübə: Bu zaman tələbə xəstəxana və ya universitetdə təməl fənlərə uyğun şöbələrdə 4 həftəlik təcrübə keçirlər. Bütün tibb tələbələri bu mübadilə növünə müraciət edə bilərlər.

-Klinik təcrübə: Bu zaman tələbə xəstəxananın müxtəlif şöbələrində təcrübə keçə bilirlər. Bu mübadilə növünə adətən 3-cü və ya daha yuxarı kurslarda təhsil alan tələbələr qəbul olunur.

  • Elmi Mübadilə Proqramı (SCORE)- tibb tələbələrinə seçdikləri ölkədə 4 həftə ərzində seçdikləri elmi-tədqiqat layihələrindən biri üzərində işləmək imkanı verir. Təcrübə ölkənin rəsmi dilində və ya ingilis dilində həyata keçirilir və tələbəyə bu müddətdə elmi-rəhbər ayrılır. Proqram AzerMDS və IFMSA-in Elmi Mübadilə üzrə Daimi Komitəsi tərəfindən təşkil olunur. Akademik keyfiyyətin təmin olunması üçün tələbələrdən xüsusi ktabçaları doldurmaları xahiş olunur və sonda onlar sertifikatla təmin olunurlar.
     
  • Elmi Təcrübə Növləri: 

-Əgər elmi-tədqiqat layihəsi sırf laboratoriya şəraitində həyata keçiriləcəksə bu: Təməl laborator elmi-tədqiqat layihəsidir.

-Əgər laboratoriya işlərindən əlavə, klinik tədqiqatlar da nəzərdə tutulursa bu: Laborator iş ehtiva edən klinik elmi-tədqiqat proyektidir.

-Əgər yalnızca klinik tədqiqat nəzərdə tutulursa bu: Laborator iş ehtiva etməyən klinik elmi-tədqiqat proyektidir.

-Əgər proyekt elmi-tədqiqat və ictimai səhiyyə aspektlərini birləşdirərək endemik xəstəliklərə fokuslanırsa bu: Qlobal Hərəkat Proyektləridir.

 

  • Mübadilə Proqramlarına necə qoşulmaq olar?

-Bunun üçün sosial media kanallarımızı izləməniz yetərlidir. Hər il sentyabr-oktyabr aylarında mübadilə proqramlarına qəbul imtahanı elan olunur. 

-İmtahan ingilis dilində təməl tibbi biliklərin yoxlanılmasını hədəfləyir.

-Daha sonra isə müraciətçilər müsahibəyə dəvət olunur.

-Qəbul proesesində tələbədən 3 ölkə və 4 şöbə seçməsi tələb olunur.

-Ölkə seçimi AzerMDS tərəfindən tələbələrin topladıqları bala əsasən müəyyənləşdirildiyi halda, şöbə seçimi qəbul edən ölkənin imkanlarından asılı olaraq onlar tərəfindən müəyyənləşdirilir. Tələbəyə hər hansı bir spesifik şöbəyə seçilməsinə görə AzerMDS tərəfindən zəmanət verilmir və bu işdə AzerMDS heç bir məsuliyyət daşımır.

  • Xərclər və göstərilən xidmətlər

-Mübadilə proqramlarında iştirak edən tələbələr öz yol xərclərini və mübadilədə iştirak edəcəkləri ölkədən asılı olaraq 350-650 avro arası iştirak haqqı ödəməlidirlər.

-Bu məbləğə sizin 1 aylıq təcrübəniz, yaşayış yeriniz və gündə 1 dəfə qidalanma daxildir. Bəzən qida təmin oluna bilmədikdə, bu xidmət cib xərcliyi ilə əvəzlənə bilər. 

-Məbləğin 50 avrosu depozit olaraq qəbul olunur və proqramı müvəffəqiyyətlə bitirdiyi halda tələbəyə geri qaytarılır.

-Bundan əlavə sizə həmin ölkədə kömək edəcək əlaqələndirici şəxs və təcrübənizə nəzarət edəcək tyutor ayrılr. Bəzi halarda proqrama sosial proqram da daxil edilə bilər.

-Bütün bu xidmətlər qəbul edən ölkədəki təşkilatçılar tərəfindən yerinə yetirilir, lakin hər hansı mərhələdə problem yaranarsa iştirakçılarımız yerli mübadilə koordinatorları ilə də əlaqə saxlaya bilərlər.

-AzerMDS Qeyri-Hökümət təşkilatıdır və mübadilə proqramları üçün tələb olunan məbləğ yalnızca təşkilatın xərclərini ödəmək üçün istifadə olunur. Bunlara mübadilə proqramı çərçivəsində Azərbaycana gələn tələbələrin yuxarıda göstərilən xərclərinin qarşılanması, təşkilatın federasiyaya illik üzvlük haqqının ödənilməsi, yerli layihələrin həyata keçirilməsi və s. Daxilidir. Təşkilatda çalışan tələbələr tamamilə könüllü fəaliyyət göstərirlər.

 

Qeyd: Yuxarıdaki məlumatlar əksər ölkələr üçün keçərli olsa da, ölkə seçimləri etməzdən öncə aşağıdakı linkə keçid edərək ölkələrin spesifik mübadilə şərtləri ilə tanış olmanız tövsiyə olunur:

Peşəkar mübadilə proqramları üçün:

https://exchange.ifmsa.org/exchange/scope/explore/exchange-conditions

Elmi mübadilə proqramları üçün:

https://exchange.ifmsa.org/exchange/score/explore/exchange-conditions


İştirakçılarımızın Təəssüratları

Aysel Qəzənfərli, Türkiyənin Bursa şəhərində elmi mübadilə proqramı keçmişdir.

Dünyanın müxtəlif ölkələrindən, müxtəlif qitələrdən, fərqli mədəniyyətlərdən olan, ferqli dillərde danışan insanlarla birlikde bir ay keçirirsən.Əksər IFMSA qrupları çox mehriban olur, bütün aktiviteler birlikde kecirilir, bir ay boyunca bol bol əylənirlər. Mən Bursada olmuşam. Ümumilikdə 9 nefer idik, onlardan biri türk idi, digərləri fərqli ölkələrdən. Birlikdə Istanbula gedib 6 gün bir hostelde qalib, unudulmaz xatirələr qazanmışıq.Hər gün ortalama 14 saat olmaqla, 20 min km məsafə qət edib, 20-30 min addım atmışıq. Istanbulun her küncünü, hamının bildiyi tarixi yerlərdən tutmuş,turistlerin xəbərsiz olduğu köhnə Fener Balat küçələrinə qədər. Istanbulda keçirdiyim 6 gün inanılmaz idi.

Leyla Mehmetbeyli, Fransanın Poitiers şəhərində peşəkar mübadilə proqramı keçmişdir.

 Hörmətli AzerMDS ailəsi!

 Bu yay Fransanın Poitiers şəhərində 1 ay müddətində praktikamı həyata keçirdim. Kiçik və tarixi bir şəhər olduğuna görə hər bir guşəsini maraqla gəzdim.Bundan əlavə evində qaldığım hostum məni hər həftəsonu Fransanın fərqli şəhərlərinə aparırdı. Bretagne, Normandie kimi Fransanın Şimal regionalarında oldum. Bununla birlikdə Lorient qəsəbəsində Kelt mədəniyyəti festivalında iştirak etdim. Festivala giriş biletini qonaq olduğum ailə ödədi.

Poitiers şəhəri çimərliyə maşınla 1 saat yarım uzaqlıqda yerləşirdi. Buna görə La Rochelle de yerləşən adaların çimərliklərinə tez-tez getməyə üstünlük verirdim. Okean suyuna ilk dəfə ayaq basandaki həyəcanımı görərdiniz!!

Mənim üçün ən unudulmaz anlardan biri Fransanın Cənubuna səyahətim idi. Monako şəhərində opera konserində iştirak etdim. Dünyaca tanınmış Azərbaycanlı tenor Yusif Eyvazov və Rus soprano Anna Netrobkonun birgə konserti idi. Qeyd edim ki tamaşaçılar arasında yeganə Azərbaycanlı mən idim. 

Fransızların nəzakətli millət olduğu hamıya məlumdu ancaq bu qədər qonaqpərvər olduqlarını görmək məni heyrətləndirdi. Hər qonaq olduğum evdə mənə ayrıca otaq verilirdi və stola qoyulan hər şeyi ilk olaraq mənə təklif edirdilər. 

Praktikama gələndə isə günün beş gününü xəstəxanada Neyrocərrahiyə kafedrasında əməliyyatlara və həstə ziyarətlərinə sərf edirdim.  Ordan çox bilik topladığımı deyəbilərəm. Professorlar, rezidentlər,tələbələr və digərləri mənə çox diqqət yetirirdi və hər bir mənada kömək etməyə çalışırdılar. Həmçinin günorta yeməyini bufetdə Çinli digər mübadilə tələbəsiylə, Neyrocərrahiyə kafedrasındaki kollegalarla birlikdə yeyirdim və mənə pulsuz başa gəlirdi. Fransızlarla çox rahat dil tapdım. Gəlməmişdən əvvəl 1 il müddətində fransızca öyrəndiyimə görə onları başadüşürdüm. Şəhərdə məndən başqa təkcə bir mübadilə tələbəsi olduğuna görə praktika müddətində daha çox Fransızlarla əlaqədə oldum və məndə çox yaxşı təsir bağışladılar.Ümumilikdə praktikamdan artıqlamasıyla razı qaldım və gələn illər də tibb tələbələrinə bu imkandan faydalanmağı məsləhət görürəm.

Suqra Əzimova, Almaniyanın Maqdeburq şəhərində peşəkar mübadilə proqramı keçmişdir.

Bu il AzerMDS-IFMSA tərəfindən təşkil olunan SCOPE təcrübə proqramının iştirakçısı oldum.Təcrübəmi Almaniyanın Magdeburg şəhərində mikrobioloji laboratoriyada keçdim.Bir ay boyunca mikrobioloji laboratoriyanın həm elmi,həm diaqnostik şöbələrində işlərin gedişini öyrəndim,daha sonra isə rəhbərimin nəzarəti altında tətbiq etdim.Western Blot,ALT-R CRISPR Cas9 sistemi, PZR bunlardan bəziləridir. Təcrübə proqramı mənə bir sıra praktik vərdişləri qazandırmaqla yanaşı,Almaniyanın mədəniyyəti ilə yaxından tanış olmağa,sosial proqramlar vasitəsilə müxtəlif ölkələrdən gələn tələbələrlə tanış olub,səyahət etməyə şərait yaratdı.Bu unudulmaz təcrübəni yaşamaqda mənə dəstək olduqları üçün AzərMDS və BVMD IFMSA-ə sonsuz təşəkkürlər.

Süleyman Ələkbəroov, Türkiyənin Ankara şəhərində peşəkar mübadilə proqramı keçmişdir.

Hörmətli, AzerMDS ailəsi!

Builki yay praktikamı Ankarada, Gazi xəstəxanasında keçirdim. Mənimlə bərabər 9 tələbə (Braziliya, Meksika, Rumıniya, Serbiya, Mərakeş və Qazaxıstandan) daha yay praktikasını bu xəstəxanada keçirirdi. Hava limanında contact person'umuz tərəfindən qarşılandıq və bizi yataqxanaya apardı. Sabahı gündən etibarən xəstəxananın kardiologiya şöbəsində praktikam başladı. 4 həftəlik praktikamızın ilk 2 həftəsi palatada, sonrakı həftələr isə exokardioqramma və angioqrafiyada keçdi. Palatada olduğumuz vaxt ərzində Adəm doktor bizimlə maraqlanır, bilmədiklərimizi izah edirdi. Bundan əlavə orda olduğumuz müddətdə bir sıra tibbi bacarıqlara da yiyələndik. Sonrakı həftədə exo'da olduq, təşəkkürümü bildirməliyəm ki, burda da doktorumuz bizim üçün əlindən gələni etdi. Angioqrafiyada isə özümüz də iştirak edirdik və hər manevri etdikcə doktor bizə də izah etməyə çalışırdı. 

Builki praktikam həm də onunla əlamətdar oldu ki, təkcə tibbi bilik və bacarıqlarımın inkişafında yox, həm də dünyagörüşü və dil biliklərimin inkişafında da mühüm rol oynadı. Hər həftə sonu Türkiyənin ən ekzotik yerlərinə national tour'lar təşkil olunmuşdu ki, bunun yeri əvəzolunmaz idi. Son həftə isə NFDP keçirildi və müxtəlif ölkələrdən müxtəlif təamları dadmaq, fərqli mədəniyyətlərlə tanış olmaq şansımız oldu. Sizlərə dərin təşəkkürümü bildirirəm ki, praktikamı belə səmərəli keçirməyimdə yardımçı oldunuz.

Zərrintac Bəylərova, Avstriyanın İnnsbruck şəhərində peşəkar təcrübə proqramı keçmişdir.

Hörmətli AzerMDS ailəsi, 

AzerMDS-İFMSA mübadilə proqramında iştirak etdiyim üçün çox məmnun olduğumu bildirmək istəyirəm. Bu mənim ilk mübadilə təcrübəm idi və gözlədiyimdən də yaxşı keçdi! Mənə bu şansı verdiyiniz üçün sizə çox təşəkkür edirəm.

Praktikam Avstriyanın İnnsbruck şəhərində eyniadlı xəstəxanada ümumi cərrahiyyə şöbəsində reallaşdı. Mənimlə birlikdə mübadilədə iştirak edən müxtəlif ölkələrdən (Ghana, Polşa, Portuqaliya və s.) 9 nəfər tələbə var idi. Onlarla səmimi münasibət qurmaq üçün elə ilk gündən heç bir çətinlik çəkmədim. AMSA nümayəndəsi bizi praktikamızın ilk günü tanış etti və şöbələrimizə yerləşdirdi.

Ümumi cərrahiyyə şöbəsi mənə təsəvvür ettiyimdən də çox bilik və təcrübə qazandırdı. Əməliyyatxanada olduğum ilk gündən şöbəmizin həkimləri sadəcə baxmaq deyil həm də əməliyyatlarda iştirak edə biləcəyimi bildirdilər. Qeyd etməliyəm ki, 5 illik üniversitet həyatımda heç görmədiyim əməliyyatları orada görə bildim. Qaraciyər, böyrək və pankreas transplantasiyası əməliyyatlarında həmçinin bir çox şiş rezeksiyaları və bağırsaq anastomozlarında iştirak edə bildim. Şöbəmizdə həmçinin gastric bypass və biliodigestive anastomosis əməliyyatları da icra edilirdi. Əməliyyat olmayan günlərdə məni endoskopiya şöbəsinə göndərirdilər və orada ilk dəfə endoskopiya aparatı ilə işləmək öyrənə bildim.  Praktikam haqqında fikrim tamamilə pozitiv oldu. Orda olduğum müddətdə xəstəxanada heç bir neqativ hal ilə qarşılaşmadım. Personal çox mehriban idi və hətta professorlar belə tələbə olmağıma baxmayaraq mənə kolleqa kimi davranırdılar və bütün suallarımı cavablandırırdılar. 

Avstriyada həm də kifayət qədər dost qazanmaq şansım oldu. Mübadilədə iştirak edən digər tələbələrlə çox maraqlı günlər keçirdik. Birlikdə həftə sonları Avstriyanın digər şəhərlərində və İsveçrənin Zürix şəhərində olduq. Başqa mədəniyyətlərlə tanış olmaq məni çox şad etti. Və bir daha əmin oldum ki, din, dil, irq fərqi olmadan insanlarla münasibət qurmaq, dostluq yaratmaq mümkündür. Yaşadığım bu maraqlı və unudulmaz təcrübəyə görə AzerMDS ailəsinə bir daha təşəkkür edirəm!