Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlar üzrə Komitənin yeni layihəsi olan "Pərdəsiz söhbətlər" adlı podkastlar seriyası yayımdadır. Cinsi və reproduktiv sağlamlığa dair mövzular cəmiyyətdə olduqca az müzakirə edilir və layihənin məqsədi azərbaycan dilində belə həssas mövzularda kontent yaratmaq, eyni zamanda bilgiləndirməni artırmaqdır. Layihə ardıcıl seriyalar şəklində paylaşılacaq.
İlk bölüm bəkarət anlayışı, bəkarət anlayışı barədə miflər və onların cəmiyyətdə görülən sosial nəticələri barəsindədir.