AzerMDS-in Məqsədi
AzerMDS-in məqsədi Azərbaycanda təhsil alan tibb tələbələrinin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, bir-birləri və həkimlərlə şəbəkə yaratmasına, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır .
- Azərbaycan tibb tələbələrinin milli və qlobal səviyyədə ictimai səhiyyə sahəsində aktivliyini təmin etmək;
- Sağlamlıqla bağlı mövzularda gənclərin arasında dialoq yaratmaq;
- Sistematik olaraq gəncləri, xüsusən də regionlardan olan gəncləri müxtəlif layihələrin köməyi ilə tibbi mövzularda məlumatlandırmaq;
- Azərbaycanda təhsil alan tibb tələbələrinin xarici ölkələrdə elmi ve peşəkar mübadiləsinə şərait yaratmaq;
- IFMSA daxil olmaqla beynəlxalq tibb təşkilatları ilə əməkdaşlıq etmək;
- Tibb tələbələri üçün səhiyyə sistemində və tibb elmində olan yenilikləri işıqlandırmaq;
- Azərbaycan tibb tələbələrini dünyanın tibb təhsili sistemi və tədris planının üstünlükləri ilə tanış etmək;
- Tibb tələbələrinə ixtisaslarını düzgün seçməkdə yardım etmək.