Müəllif: Sahratova Məltəm
Hazırda dünyada habelə Azərbaycanda bəzi xəstəliklərin nəzarət altında saxlanılmasın ən effektiv yolu peyvəndləmə hesab olunur.Peyvən yolxucu xəstəliklərin yayılmasının qarçısını almaq üçün əlvərişli tibbi vasitədir.Peyvənd vasitəsi ilə maksimum immunitetə çatdıqda yoluxmanın qarşısı alınır həmçinin peyvən vurdurmayanların (vurdura bilməyənlərin) yoluxma riski azalır. Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, difteriya,tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, hətta demək olar ki, yox dərəcəsindədir. AAP (America Pediatrik Akademiyasının) məlumatına görə vaksinoprofilaktika nəticəsində hər il dünyada 4,5 milion insan ölümdən xilas olur .İmmunoprofilaktikanın əhəmiyyəti nəzərə alınaraq bir sıra ölkələrdə məcburi və ya tövsiyə xarakterli dozaların vaxtı da daxil olmaqla peyvənd təqvimləri hazırlanıb.Günümüzdə mövzu aktual hesab olunur çünki, Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib.Azərbaycanda 2015-ci ildə peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 faiz idisə, 2018-ci ildə bu göstərici 1,6 faiz olub.Bu məsələlərin səbəbləri və nəticələri araşdırılmalıdır.
Azərbaycanda Peyvəndləmə prosesi necə gedir?
Əvvəl də qeyd etdiyimiz kimi peyvən vasitəsi ilə xəstəliklər nəzarət altına alına bilər hətta ləğv oluna bilər.Buna görədə Azərbaycan daxil olmaqla dünyada bu prosesə ciddi nəzarət olunmalıdır. Düzgün qurulmuş peyvəndləmə prosessinin nətiəsi olaraq ölkədə uşaq ölümlərini sayı,əhalini xəstələnmə halları azala bilər.Azərbaycanda bu proses Milli immunlaşdırma proqramı vasitəsilə dövlət tərəfindən dəstəklənərək həyata keçirilir. Hazırda profilaktiki peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirilir.Azərbaycanda 10 infeksiyaya qarşı 7 peyvənd materialından, yəni vaksindən istifadə edilərək peyvənd işləri həyata keçirilir. Peyvənd təqviminə əsasən 1 yaşa qədər uşaqlara 5 peyvənd edilir. Doğum evində 12 saat ərzində yeni doğulanlara hepatit B-yə, 4-7 gün ərzində poliomielit əleyhinə və vərəm əleyhinə (BSJ) peyvənd edilir. Bu iş davamlı olur. Yaşadığı ərazi üzrə sahə həkimi tərəfindən 2 aylığından başlayaraq 6 yaşına qədər tam sağlam uşaqlara təqvimə uyğun peyvəndlər aparılır.
Peyvənd təqvimi nə qədər effektivdir?
Ölkəmizdə ciddi nəzaərət ilə həyata keçirilən bu tədbirlər proqramının əhəmiyyətinə nəzər salaq. Dünyada səhiyyə sisteminin səviyyəsini ölçən əsas göstəricilərdən biri uşaq ölümlərinin çəkisidir.Azərbaycada 1990-cı ildən bəri 1 yaşınadək uşaqların ölüm səbəbləri haqqında statistika hazırlanmaqdadır. Bu statistikaya nəzər saldıqda əksər illərdə uşaq ölümlərinin böyük hissəsinin tənəffüs və infeksion xəstəliklər nəticəsində baş verdiyini görərik. Statiskada 2000-ci ildə 1 yaşadək ölən 1896 uşaqdan 197-inin ölüm səbəbi müxtəlif infeksion xəstəliklər olmuşdur.2012-ci ildə isə 1884 uşaqdan 98-də infeksion xəstəlik ölüm səbəbi olmuşdur.İndi isə Azərbaycan peyvən təqvimində həmin illərdə olan dəyişikliklərə baxaq. 2001-ci ildə hepatit B-yə qarşı peyvəndin tətbiqilə əlaqədar, 2002-ci ildə qızılca-paratit-məxmərəyə qarşı peyvəndin tətbiqi ilə bağlı, 2011-ci ilin iyul ayından isə 5 komponentli hemofilus influenze (Hib) vaksininin (hepatit B, göy öskürək, tetanus, difteriya və b tipli hemofil infeksiyaya qarşı) tətbiqi ilə əlaqədar peyvənd təqviminə əlavələr edilmişdir.
Həmçinin ölkədə son illərdə peyvənd planının 96-98%-i həyata keçirildiyi üçün xəstəliklərdə yoluxmada da gözlə görünən azalmalar hətta bəzi xəstəliklərin qeydə alınmaması müşahidə olunur. Belə ki, qızılca xəstəliyi 2003-cü ildə 1955, məxmərək 1051 hadisə olduğu halda 2008-ci ildən bu xəstəliklər qeydə alınmamış, epidemik parotit 2003-cü illə müqayisədə təxminən 6,5 dəfə azalmışdır. Difteriya xəstəliyi 2010-cu ildən qeydə alınmır. Digər xəstəliklər sporadik hallarda qeyd edilir.
Niyə peyvənddən imtina hallarına rast gəlirik?
Xüsusən son illərdə Azərbaycanda peyvənddən imtina halları artmaqdadır. Bunun əsas səbəbi isə sosil şəbəkələrdə yayılan yanlış məlumatlardır. Bir qism bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib.Azərbaycanda 2015-ci ildə peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 faiz idisə, 2018-ci ildə bu göstərici 1,6 faiz olub.Bu gün bu mövzu müzakirəli mövzu olsa da danılmaz faktdır ki, peyvənd bəzi xəstəliklər üçün tək və ən əlverişli(vaxt) çıxış yoludur.Əksər hallarda Azərbaycanda vaksin keyfiyyəti mövzusu sual yaradır.Ölkəyə Hidistandan gətirilən vaksinlərin keyfiyyətsiz olduğunu özəl xəstəxanalarda isə çox baha olduğunu deyib vaksindən imtina edən valideynlər həm cəmiyyəti həm də öz uşağını riskə atır. Bakıda poliklinikaların birində çalışan, adının çəkilməsini istəməyən pediatr deyir ki, bütün peyvəndlər ÜST tərəfindən yoxlanıldıqdan və təsdiq olunduqdan sonra satışa buraxılır, amma bəzi peyvəndlərə reaksiyalar fərqli ola bilir.
Bəli bu gün hər birimizin ağlında peyvən programı ilə bağlı sualla ola bilər.Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin immunoprofilaktika bölməsinin müdiri Afaq Əliyevanın dediyi kimi: Hesab edirəm ki, peyvəndlərlə idarə olunan xəstəliklər ləğv olunubsa, onda işimiz yaxşı qurulub.
Nəticə
Bu gün dünyada və Azərbaycanda xəstəlikləri nəzarət altında saxlamaq üçün peyvəndləmə üsulundan istifadə olunur.Azərbaycanda peyvəndlənmə xüsusi proqram-Milli peyvənd təqvimi vasitəsi ilə həyata keçirilir.Müxtəlif illərdə aparılan statistikalara baxdıqda Azərbaycanda immunoproflaktika prossesinin düzgün aparıldığı görülür.Bəzi hallarda peyvənddən imtina hallarını görsək də bunun səbəbləri əsassızdır. Situasiyalardan görürük ki, peyvənddən imtinanın əsas səbəbi məlumatsızlıqdır.
Ədəbiyyat
[1] https://www.eudi.az/meqale/etrafli/31
[2] https://www.bbc.com/azeri/azerbaijan-48746483
[3] http://www.anl.az/down/meqale/xalqqazeti/2012/aprel/243543.htm
[4]http://femida.az/az/news/13722/Valideynlərin-diqqətinə!-uşaqlar-üçün-yeni-peyvənd-təqvimi
[5] https://www.stat.gov.az/source/demoqraphy/au/
[6] http://www.anl.az/down/meqale/xalqqazeti/2012/aprel/243543.htm
[7]https://sehiyye.gov.az/dovlet-proqramlari/yoluxucu-xesteliklerin-immunoprofilaktikasina-dair-tedbirler-proqrami/
[8] https://www.bbc.com/azeri/azerbaijan-48746483
[9] https://www.bbc.com/azeri/azerbaijan-48746483
[10] http://www.anl.az/down/meqale/xalqqazeti/2012/aprel/243543.htm