Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Evsiz insanların sağlamlıq hüquqları

Müəllif:  Nəzrin Cabbarlı

 

Kimsəsiz insanların sağlamlıqları barədə danışarkən gözdən qaçırmamalı olduğumuz bir vacib məqam var. Bu isə onların da digər hər kəs kimi hüquqlarının olduğudur. İstər yaşamaq hüququ olsun, istərsə də  sağlamlıq hüququ olsun.

Artan və şaxələnən evsiz əhali ağır xəstələnmə və yüksə ölüm göstəriciləri ilə səhiyyə sahəsində əsas struktur problemlərdən biridir. Evsiz insanlar üçün sağlamlıq xidmətləri yaradarkən yalnız fiziki sağlamlıqları deyil, eləcə də sosial və ruhi vəziyyətləri diqqətə alınmalıdır.

Üstəlik, evsiz əhali getdikcə şaxələnir və indi onların tərkibinə xeyli sayda gənclər, qadınlar, ailələr, yaşlılar, qaçqınlar, yerlilər və cinsi azlıqdan olan insanlar daxildir. Evsizliyin səbəbləri mürəkkəbdir, o cümlədən struktur amilləri (məsələn, yoxsulluq və münasib mənzil çatışmazlığı), sistemlərin nasazlığı (məsələn, sağlamlıq, sosial və hüquqi xidmətlər üçün maneələr) və fərdi və əlaqəli amillər (məsələn, ruhi xəstəlik və təhlükəli ev şəraiti) ola bilər.

Evsiz əhalinin səhhətinin pisləşməsinə səbəb olanlara həddindən artıq yoxsulluq, ağır yaşayış mühiti, travma və qulluq üçün struktur maneələr daxildir. Həmçinin yoluxucu xəstəliklər, ürək xəstəlikləri, maddə istifadəsi pozğunluqları və intihar daxildir. Psixi xəstəliklər və zərərli vərdişlər evsiz əhali arasında kifayət qədər yayılmışdır; məsələn, alkoqol və narkotik asılılığı nisbətləri müvafiq olaraq ~38% və ~24% təşkil edir.

COVID-19 pandemiyası zamanı SARS-CoV-2-yə yoluxma halları ağır xəstəlik inkişaf riski yüksək olan evsiz insanların sağlamlığını daha da təhdid edirdi. Evsizlərin sığınacaqların az olması, bunun əvəzində evsizlərin sayının çoxalması səbəbindən virusun yayılması asanlaşırdı və bu əhalidə ümumi sağlamlıq problemləri (tənəffüs yolları, ürək xəstəlikləri və tütün istifadəsi) və də ağır COVID-19 xəstəliyi üçün risk yaradırdı.

Evsiz insanlar tibbi sığortanın olmaması və maliyyə çətinlikləri də daxil olmaqla, tibbi xidmət əldə etmək üçün böyük maneələri dəf etməlidirlər. Onlar həmçinin qida və sığınacaq təminatı kimi çox daha vacib ehtiyaclarını qarşılamağı daha üstün tuturlar. Evsiz insanlar həmçinin səhiyyə sisteminə inamsızlıq və ayrı-seçkilik  səbəbindən qayğıdan yayına bilərlər.

 Əhalinin sağlamlığının yaxşılaşdırılması üçün ilkin yardım vacibdir. Lakin digər sağlamlıq xidmətləri ilə yanaşı ilkin tibbi yardım da evsiz əhali üçün o qədər də əlçatan deyil. Yenə də evsiz insanların səhiyyə sisteminə müraciətinin əsas hissəsini ilkin yardım xidməti təşkil edir. Statistika göstərir ki, evsiz əhali arasında təcili yardım şöbəsinə müraciət və xəstəxanaya yerləşdirmə nisbətləri ümumi əhaliyə nisbətən daha yüksəkdir. Bundan başqa,  dəlillər evsiz xəstələrə göstərilən qayğının başqalarına göstərilən qayğıdan daha az və yetərsiz olduğunu göstərir.

Yaşama şəraiti, sosial və iqtisadi amillərin insanların sağlamlığına daimi təsiri və bu təsirə cəmiyyətdə rastlamağımız təsadüfi deyil . Lakin unutmamalıyıq ki, sağlamlıq hər kəs üçün ən dəyərli xəzinədir və sağlam olmaq hər kəsin hüquqdur.