İctimai Səhiyyə və Xaricdə Təhsil: Yeni Yollar, Yeni Bilgilər
Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinə qəbul olan tələbələr, bu sahədəki məlumatlarını inkişaf etdirmək və daha geniş bir baxış bucağı qazanmaq üçün əlavə məlumatlara ehtiyac duyurlar. Bu məqsədlə, SCOPH komitəsi, "İctimai Səhiyyə və Xaricdə Təhsil" mövzusunda bir təlim sessiyası təşkil etmişdir.
Bu təlimə, İngiltərənin "Sheffield" Universitetində İctimai Səhiyyə üzrə magistr təhsili almış Kamran Abbasov dəvət olunmuşdur. Kamran bəy , xaricdə təhsil və dövlət proqramları ilə bağlı məlumatlar vermiş, xüsusilə, öz və dövlət hesabına xaricə çıxmağın fərqlərini və ən yaxşı seçim yolları barədə tələbələrə məlumat vermişdir. Təlimdə, ümumi İctimai Səhiyyə sahəsi haqqında ətraflı bir məlumat, həmçinin dövlət proqramının tələbləri və bu proqramla bağlı problemlərin həll yolları barədə müzakirələr aparılmışdır. Kamran Abbasovun təlim sessiyası, tələbələrimizə İctimai Səhiyyə sahəsində daha geniş bir perspektiv qazandırmaq və xaricdə təhsil alaraq öz potensiallarını daha da inkişaf etdirmək üçün dəyərli bir imkan təqdim etdi.
Hörmətlə,
İctimai Sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli