Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Beynəlxalq Səviyyədə Yeniliklərə Səyahət

Dünyada hər il təqribən 340 milyon insan iş qəzası və 160 milyon insan isə peşə xəstəliyinin qurbanı olur. BƏT-in dünya miqyasında istehsalatda baş verən  bədbəxt hadisələr və peşə xəstəlikləri, istehsalatla bağlı ölümlərlə bağlı son statistik məlumatlarında bəziləri aşağıdakılar qeyd olunmuşdur:

1. İşlə bağlı xəstəliklər işçilər arasında ən çox ölümə səbəb olur. Təkcə təhlükəli maddələrdən istifadəyə görə ildə 651 279 nəfərin ölümünə səbəb olduğu təxmin edilir.

2. Tikinti sənayesində qeydə alınan qəzaların qeyri-mütənasib yüksək nisbəti var.

3. Gənc və yaşlı işçilər xüsusilə iş şəraitinə həssasdırlar. İnkişaf etmiş ölkələrdə əhalinin qocalması o deməkdir ki, getdikcə daha çox yaşlı insanlar işləyir və onlara xüsusi diqqət yetirilməlidir. İstehsalat sektorunda işçilərin sağlamlığının qorunması və mümkün olan xəsarətlərin minimalizasiyası üçün əməyin təhlükəsizliyini bilmək və ona diqqət etmək vacibdir.

Beynəlxalq Əməyin Mühafizəsi və Təhlükəsizliyi

Əməyin mühafizəsi və təhlükəsizliyi, günümüzdə aktual mövzulardan biridir. Bununla bağlı "Beynəlxalq Səviyyədə Əməyin Mühafizəsi və Təhlükəsizliyi" adlı təlimimiz baş tutmuşdur. SOCAR-da fəaliyyət göstərən "Əməyin Təhlükəsizliyi üzrə Koordinator" Sənan Hüseynov istehsalat şəraitində işçilərin təhlükəsizliyi və əməyin təşkili, bu sahənin incəlikləri, SƏTƏM və onun iş prinsipləri barədə ətraflı məlumat vermişdir. Təlimdə Elmar bəy "NEBOSH" imtahanı haqqında  tələbələri məlumatlandırmış və ətraflı müzakirələr zamanı,  imtahanın müsbət cəhətləri və əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Məlumatlandırıcı tədbir, tələbələrə iş sahələrindəki perspektivləri və karyera imkanlarını daha yaxından öyrənməyə kömək etmişdir.

Hörmətlə, İctimai Sağlamlıq komitəsinin asistenti

Aytac Yusifli