Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

SCOPH 101

     SCOPH 101: İctimai Sağlamlıq Dünyasına Giriş


SCOPH 101 nədir ?

SCOPH 101, İctimai Sağlamlıq komitəsi haqqında əlavə məlumat toplamaq istəyən passiv və aktiv üzvlər, habelə təşkilatın fəaliyyəti ilə tanış olmaq istəyən tələbələr üçün təşkil olunmuş bir tədbirdir. Tədbirdə tələbələrə "İctimai Sağlamlıq" komitəsinin inkişaf tarixi, missiyaları, məqsədləri və keçirdiyi tədbirlər barəsində geniş  məlumat  verilir. Üzv olmağa marağı olan tələbələrə bu tədbir komitə haqqında geniş məlumat almaq üçün əla fürsətdir.
Tədbirin sonunda, tələbələrin sualları komitə rəhbəri tərəfindən cavablandırılır.
SCOPH 101 və digər fəaliyyətlərimiz barədə daha çox məlumat almaq üçün saytımızı ziyarət etməyi unutmayın. Bizimlə birgə, ictimai sağlamlığı daha da yaxından tanıyın!🧡🧡
Hörmətlə, İctimai Sağlamlıq komitəsinin asistenti,
Aytac Yusifli