Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Advokasiya sessiyası

Advokasiya sessiyası, IFMSA-nın (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) Ətraf Mühit Sağlamlığı üzrə proqram koordinatoru Dominika Flisek tərəfindən AzerMDS üçün təşkil olunmuşdur. Dominika Flisek, AzerMDS təşkilatına vəkillik, digər adı ilə vəkillik sənədi ilə bağlı ətraflı məlumat verdi. Vebinarda vəkillik sənədinin hazırlanma qaydası, bu sənədlərin önəmi və siyasi sənədlər arasında fərqliliklər və oxşarlıqlar müzakirə olundu.

 

Dominika Flisek, IFMSA səviyyəsində vəkillik sənədinin nə üçün önəmli olduğunu vurğuladı. Vebinarda AzerMDS-in SCOPH və SCORA komitələrinin rəhbərləri, aktiv və passiv üzvlər fəal şəkildə iştirak etdilər. Bu tədbir, üzvlərimizə vəkillik sənədinin necə hazırlanacağını və bu sənədlərin təbliğat işlərində necə istifadə edilə biləcəyini öyrətdi.

 

Vebinarın gedişatında iştirakçılar arasında kiçik işçi qruplar təşkil olundu. İşçi qrupların fəaliyyəti, üzvlərimizə komanda şəklində iş görməyi və ideyalarını daha təsirli şəkildə ifadə etməyi öyrətdi.

 

Bu vebinarın keçirilməsi, IFMSA-nın əhəmiyyətini bir daha vurğuladı və təşkilatımızın üzvlərinə beynəlxalq səviyyədə həyata keçirilən işlər haqqında geniş məlumat verdi. İnanırıq ki, bu cür maarifləndirici tədbirlər, AzerMDS üzvlərinin bilik və bacarıqlarını daha da artıracaq.

Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti 

Aytac Yusifli