2020-ci ildə “Həkimlər və Təbib Tələbələr İctimai Birliyi” ilə “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” (İSİM) arasında imzalanmış əməkdaşlıq memorandumu iki illik müddət ərzində bir sıra uğurlu layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Bu əməkdaşlıq çərçivəsində, xüsusilə İctimai Sağlamlıq Komitəsinin rəhbərliyi altında həyata keçirilən layihələr, səhiyyə sisteminin gücləndirilməsinə və cəmiyyətin sağlamlıq biliklərinin artırılmasına yönəlmişdir.
2024-cü ildə bu memorandumun müddəti başa çatmış və tərəflər arasında yenilənmiş əməkdaşlıq memorandumu imzalanmışdır. Yeni memorandumda, AzerMDS-in bütün komitələrinin İSİM ilə daha da sıx əməkdaşlıq etməsi və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu addım, Azərbaycanın səhiyyə sahəsindəki inkişafına töhfə vermək və gənc həkimlər və tələbələr üçün daha çox imkanlar yaratmaq məqsədi daşıyır.
AzerMDS olaraq, gələcəkdə bu əməkdaşlıqdan doğan yeni layihələrlə sizləri tanış etməyi səbirsizliklə gözləyirik!
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli