AzerMDS təşkilatının SCOPH komitəsi, ətraf mühit sağlamlığı mövzusunda maarifləndirmə işlərinə davam edir. Bu məqsədlə, IFMSA-nın Ətraf Mühit Sağlamlığı üzrə proqram koordinatoru Dominika Flisek tərəfindən təşkilatımızın aktiv üzvləri üçün iki günlük vebinar keçirildi.
Bu vebinar zamanı Dominika Flisek ətraf mühit sağlamlığı, iqlim dəyişikliyi və bunların insan sağlamlığına təsiri kimi vacib mövzular haqqında ətraflı məlumatlar vermişdir. Sessiyalar boyunca iştirakçılar ətraf mühitin və sağlamlığın qorunmasının vacibliyi, iqlim dəyişikliyinin gətirdiyi problemlər və bunların həlli yolları haqqında geniş müzakirələr aparmışdırlar.
Sessiya ərzində AzerMDS-in SCOPH rəhbəri və komitənin digər aktiv üzvləri böyük maraq və fəallıqla iştirak etdilər. Vebinarın gedişatında kiçik işçi qrupları təşkil edilərək, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi və təcrübə paylaşımı baş tutdu. Bu qruplar vasitəsilə müxtəlif problemlərə praktiki həll yolları tapmaq məqsədilə müzakirələr aparıldı.
Hər iki sessiyada iştirak edənlərə sonda sertifikatlar təqdim edildi. Bu sertifikatlar, onların bu vacib mövzularda bilik və bacarıqlarını artırmaq üçün göstərdikləri səyi və fəallığı təsdiqləyir. Bu vebinarın uğurla keçməsi, SCOPH komitəsinin ətraf mühit və sağlamlıq mövzularında davamlı maarifləndirmə işlərinin bir parçası olaraq, gələcək fəaliyyətlər üçün motivasiya yaradır.
AzerMDS olaraq, ətraf mühitin qorunması və insan sağlamlığının təmini üçün müxtəlif tədbirlər keçirməyə davam edəcəyik. Belə tədbirlər, üzvlərimizin və cəmiyyətimizin bu sahədə məlumatlılığını artırmaqda mühüm rol oynayacaqdır.
Bizimlə birlikdə bu yolda addımlayan bütün üzvlərimizə təşəkkür edirik.
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli