Leykemiya, xüsusilə uşaqlar arasında geniş yayılmış ciddi bir sağlamlıq problemidir. Vaxtında aşkarlanmayan leykemiya həyati təhlükə yarada bilər. Azərbaycanda bu xəstəliklə mübarizə aparan 2500-ə yaxın xəstə var ki, onlardan 300-dən çoxu uşaqlardır. Leykemiyanın əsas səbəbləri arasında genetik faktorlar, stress, ətraf mühitin çirklənməsi və kimyəvi maddələr önəmli rol oynayır. Xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin uğurlu olma şansını əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən, erkən diaqnoz və müalicə prosesi barədə cəmiyyətin, tibb işçilərinin və tələbələrin məlumatlandırılması olduqca vacibdir.
Layihənin Məqsədi və Fəaliyyətləri
Leykemiya İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Leykemiyaya Ümumi Baxış" adlı təlim təşkil etmişdir. Bu təlimin əsas məqsədi, leykemiyanın müalicəsinin mümkünlüyünü vurğulamaq və erkən diaqnozun önəmini cəmiyyətə çatdırmaq olmuşdur. Təlimə Azərbaycan Tibb Universitetinin məzunu, Ege Universitetində Hematologiya üzrə ixtisaslaşmış və Liv Bona Dea Hospitalında çalışan Uzm. Dr. Tural Paşayev dəvət olunmuşdur.
Təlimdə Toxunulan Mövzular
Dr. Tural Paşayev, leykemiya xəstəliyinin simptomları, diaqnoz prosesi və müalicə üsulları haqqında ətraflı məlumat vermişdir. Təlim zamanı tələbələrlə mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Leykemiya ilə bağlı erkən aşkarlamanın müalicədəki böyük rolu xüsusi olaraq vurğulanmışdır.
Leykemiya ilə Mübarizənin Vacibliyi
Leykemiyanın erkən diaqnoz edilməsi, müalicənin uğurlu olması üçün əsas faktordur. Uşaqlar arasında sağalma şansı 85%-ə çatır. Bu təlim, tibb tələbələrini məlumatlandırmaqla yanaşı, cəmiyyətin bu xəstəliyə qarşı daha da həssas olmasına kömək etdi. Leykemiyanın yalnız uşaqlarda deyil, böyüklərdə də rast gəlinməsi və düzgün müalicə ilə sağalma imkanlarının olması tədbirin vacibliyini bir daha vurğulamışdır.
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli