Cəmiyyətdə tütün və tütün məhsullarının istifadəsi barədə sorğu
❗Tütün istifadəsi günü-gündən böyüyən yerli, həm də qlobal problemdir.
Belə ki, tütünü bütün xəstəliklərin inkişafında dördüncü risk faktoru hesab olunur və hər il 7 milyon insan həyatını məhz tütünə görə itirir.
📌 "Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi (AzerMDS) olaraq bu problemə mövqeyimizi bildirməli olduğumuzu düşünürük.
Ona görə də cəmiyyətin bu mövzuda fikrini öyrənmək üçün aşağıdakı sorğunu hazırladıq! 🤩
Sorğu təşkilatın nəzdindəki İctimai Sağlamlıq üzrə Daimi Komitənin aktiv üzvləri(SCOPH🧡) tərəfindən hazırlanmışdır və alınan nəticələr analiz olunaraq tütün və tütün məhsulları barəsində mövqe sənədinin hazırlanmasında istifadə olunacaq.
Önəmli qeyd: Bu sorğu tamamilə anonimdir. Alınan cavablara ümumi baxılacaq və faizlə təsvir edilərək statistikanın hesablanmasında istifadə olunacaq.
📝Sorğu linki: Google Forms
🍊Linkə keçid edərək sorğumuz da iştirak etsəniz və əttafınızdakı bütün insanlarla paylaşsanız, şad olarıq🍊