Donor qanı aşağıdakı hallarda lazım olur:
- Doğuş və ya doğuşdan sonrakı qanaxma ağırlaşmaları zamanı;
- Ağır qan azlığı (məsələn, talassemiya xəstəliyi) zamanı;
- Hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə;Ağır travmalar zamanı;
- Cərrahi əməliyyatlardan sonra və xərçəng xəstəlikləri ilə əlaqəli (məsələn, kimyaterapiya) hallarda;
- İrsi hemoqlobin xəstəliyi, ilik çatışmazlığı və immun çatışmazlığı kimi xəstəliklərin müalicəsi üçün.
Qan verməzdən öncə hansı qaydalara əməl əmək lazımdır?
- Qan verməzdən 72 saat əvvəl qan durulaşdıran yəni, aspirin, analgin,no-şpa və s. kimi dərmanlar qəbul etmək olmaz;
- Qan verməzdən 48 saata qədər alkoqol qəbul etmək olmaz;
- Qan verməzdən 1 saat əvvəl və 1 saat sonra tütün məhsullarının istifadəsi məsləhət görülmür. Çünki qanın tərkibinə keçən nikotin donorun halına pis təsir edə bilər;
- Qan verməzdən əvvəl 2 stəkan meyvə şirəsi və ya su qəbulu prosedurdan sonra yaxşı əhval-ruhiyyəyə yardım edə bilər.
Qan verdikdən sonra hansı qaydalara əməl etmək lazımdır?
- Dərhal ayağa qalxmaq olmaz,10-15 dəqiqə sakitcə əyləşmək lazımdır;
- Başgicəllənmə və ya zəiflik hiss etdikdə,tibbi personala müraciət etmək lazımdır;
- Sarğı 3-4 saat ərzində quru qalmalıdır;
- Duş və ya vannanı ertəsi gün qəbul etmək olar;
- Çoxlu maye qəbul etmək məsləhətdir;
- Qan verdikdən sonra peyvənd vurmağa 10 gündən tez olmamaq şərti ilə icazə verilir.
Təhlükəsiz qana ehtiyacı olan hər kəsin ona çatmasını təmin etmək üçün bütün dünyada mütəmadi olaraq ödənişsiz qan verən könüllü donorlara ehtiyac var. Çünki qan süni şəkildə istehsal oluna bilməyən biomaterialdır. Ölkəmizdə baş vermiş müharibə, bütün dünyanı ələ alan COVID-19 pandemiyası zamanı qana olan ehtiyac qan donoru olmağın vacibliyini bir daha hamımıza xatırlatdı.
Gəlin bu gün qan donoru olaq və insanların həyatını xilas etməyə kömək edək. 1 dəfə qan verməklə biz ümumiyyətlə tanımadığımız 3 insanın həyatını xilas edə bilərik. Çünki 1 vahid qan 3 komponentdən-eritrosit (qırmızı qan hüceyrələri), leykosit (ağ qan hüceyrələri) və trombositdən (qan lövhəcikləri) ibarətdir. Bunların hər biri isə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
KÖNÜLLÜ DONOR OLAQ VƏ HƏYAT BƏXŞ EDƏK!❤
Hazırladı: Günel Məmmədova