Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Həddindən artıq antibiotik

Antibiotik İstifadəsinin Həddindən Artıq İstifadəsinin Zərərləri

 

18-24 noyabr antibiotioklərdən (mikrob əleyhinə preparatlardan) düzgün istifadə həftəsi qeyd olunur. ÜST-nin məlumatlarına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, nəticədə antibiotiklərə qarşı rezistentlik halları artmaqda davam edir. Ümumiyyətlə, yüz minlərlə insan antibiotiklərə davamlı bakteriyaların yaratdığı xəstəliklərdən həyatını itirir. 2050-ci ilədək bu rəqəmin on milyona yaxınlaşacağı gözlənilir.

Antibiotiklərin yanlış istifadəsi zamanı bağırsağın təbii florasını məhv edir, bu da həzm sisteminə zərbə vurur. Nəticədə immun sistemini zədələyib, digər xəstəliklərin yaranmasına səbəb olur. 

Xüsusilə uşaqlarda antibiotiklərdən səhv istifadəsi zamanı bir çox xəstəliklərin yaranmasına səbəb olur. Buna misal olaraq, hzəm sistemi xəstəlikləri, diabet, qaraciyər və böyrək çatışmazlığı xəstəlikləridir. 

 İctimai Sağlamlıq komitəsi olaraq tibb tələbələrinin maarifləndirmək və bu mübarizədə iştiraklarını təmin etmək məqsədilə, "Həddindən artıq antibiotik istifadəsinin zərərləri" başlıqlı təlim təşkil etdik. Təlimdə İnfeksionist həkim Dr. Əminə İsmixanova antibakterial dərmanların əsas prinsipləri və insan orqanizminə təsiri haqqında ətraflı məlumat verdi. Həddindən artıq antibiotik istifadəsinin zərərləri, insanların üzləşdiyi problemlər müxtəlif şəkil və videolar üzərində təqdim edildi.

Tədbirin ikinci hissəsində, tələbələr qruplara bölünərək "Valideynlərin antibiotik istifadəsində rolu" və "Tələbərin maarifləndirmədə rolu" başlıqları altında layihə hazırlayaraq təqdim etdilər. Tədbirin sonunda ən yaxşı layihə təqdim edən komanda sertifikat ilə mükafatlandırıldı.

"Unutmayın gülləni düzgün istifadə etsək can qurtarar, etməsək əksinə ölümə səbəb olar"

 

Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti 

Aytac Yusifli